Yuxarı

Qərbin “Qarabağ narahatlığı”nın mahiyyəti... – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibə başa çatandan sonra bəzi Qərb liderləri məsələ qaldırırlar ki, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Bu sualdan da görünür ki, Qərb özünü nə qədər demokratik göstərməyə çalışsa da, mahiyyət etibarilə hələ də orta əsrin səlibçiləri təfəkküründədir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, islamafob hisslərini alovlandıran, islam müqəddəslərinin təhqirlərinə göz yuman, hətta onları təhqir edənlərə bəraət qazandıran bu şəxslər narahat olmamalıdırlar:

“Azərbaycan daim dinindən, irqindən, cinsiyyətindən, millətindən asılı olmayaraq, bütün insanların sülh içində yaşadığı bir ərazi olub. Bu torpaqlarda hökm sürən heç bir dövlət nəzarətindəki xalqın dininə, inancına, yaşayışına qarışmayıb. Bunun ən gözəl nümunəsi yaşı yüzillər olan dini abidələr, məbədlərdir.

Lakin Qərb ölkələrinə baxdıqda bu dediklərimin eynisini demək mümkün deyil. Bu gün dünyada özünü demokratiyanın, insan haqları və azadlıqlarının beşiyi sayan Qərb ölkələrinin bir çoxu soyqırımlarla dolu, qaranlıq bir tarixi keçmişə malikdir. Avropada başda yəhudilər olmaqla, bir çox dini etiqad nümayəndəsi əsrlərlə inkvizisiya deyilən ədalətsiz dini məhkəmələrdə ölüm hökmünə məruz qalıb. Heç təsadüfi deyil ki, bu gün Avropada yaşı yüzdən çox olmayan bircə sinaqoq və ya məscid yoxdur. Lakin Azərbaycanda yəhudilərin yaşadığı Qırmızı qəsəbə kimi tarixi bir ərazi, yaşı minilliyi ötən alban kilsələri var. Bu reallıqlar çərçivəsində müharibə başa çatandan sonra bəzi Qərb liderlərinin qaldırdıqları məsələ yersiz və boşdur. Azərbaycan torpaqlarında yaşayan hər kəsin haqlarını qoruyub, qoruyacaq”.

Politoloqun sözlərinə görə, bu gün Azərbaycandakı kilsələrin aqibətindən narahat olan bəzi ölkələr bilməlidir ki, Azərbaycan milli-mədəni irsin qorunub-saxlanması məsələsində UNESKO ilə çox sıx əməkdaşlıq edir:

“Azərbaycanda olan tolerantlıq, dini dözümlülük, mədəniyyət abidələrinə, dini məbədlərə olan yüksək münasibət bütün ölkələr üçün nümunədir. Buna görə də kimsə Azərbaycana bu məsələlərlə bağlı irad tuta bilməz. Bu gün narahatlıq keçirənlər gəlib xristian məbədlərinə baş çəkmək istəsələr, onlar üçün şərait yaradıla bilər. Amma onlar həm də gəlib ermənilərin Azərbaycanın dini məbədləri ilə necə rəftar etdiklərini, onları dağıtdıqlarını, təhqir etdiklərini görsələr, daha ədalətli olarlar”.

Tarix
2020.11.25 / 09:24
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla