Yuxarı

Matviyenkodan Qarabağ açıqlaması

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Matviyenkodan Qarabağ açıqlaması

MDB Parlamentlərarası Assambleyası formatı bütün MDB ölkələrinin, o cümlədən Azərbaycanın və Ermənistanın parlamentarilərinin işi üçün çox münasib və gərəkli strukturdur.

Axar.az xəbər verir ki, RF Federasiya Şurasının sədri Valentina Matviyenko bu sözləri “İzvestiya” qəzetinə müsahibəsində söyləyib.

RF parlamentinin aşağı palatasının spikeri Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərlərinin MDB Parlamentlərarası Assambleyası platformasında ünsiyyətdə olmaq imkanının vacibliyini vurğulayaraq bildirib ki, bu ölkələr təşkilatın növbəti sessiyasında iştirak edəcəklərini təsdiqləyiblər.

V.Matviyenko deyib ki, Qarabağ probleminə gəldikdə, bu, MDB-nin səlahiyyətlərinə aid deyil:

“Ona görə də təbiidir ki, bu mövzu bizim gündəlikdə yoxdur. Lakin əgər həmkarlarımız bu mövzuya toxunarlarsa (bunu istisna etmək olmaz), biz onları diqqətlə dinləyəcəyik”.

RF Federasiya Şurası sədrinin fikrincə, Qarabağ məsələsinin nizamlanması çox həssas mövzudur:

“Üç ölkənin – Azərbaycan, Ermənistan və Rusiyanın liderləri arasında əldə edilmiş razılaşmanı misilsiz sənəd hesab edirəm. Burada bizim Prezident mühüm rol oynayıb. Mənim fikrimcə, indiki vəziyyətdə ehtiyatsız deyilən hər hansı söz vəziyyətin yenidən kəskinləşməsinə səbəb ola bilər. Emosiyaları bir kənara qoymaq və atəşkəsin saxlanması üçün nə mümkündürsə, etmək lazımdır”.

Tarix
2020.11.25 / 17:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla