Yuxarı

Makronla Putinin səs yazısını kim yaydı? – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makronla Putinin səs yazısını kim yaydı? – Şərh

Fransa yalnız Azərbaycana qarşı siyasət yürütmür. Doğrudur, Avropa İttifaqının əsas dövlətlərindən biri kimi Fransanın da Rusiyaya qarşı sanksiyaları mövcuddur, ancaq bu, Moskvanı az narahat edir. Kreml sanksiyalara öyrəşib. Kremli Parisin siyasətində narazı salan başqa faktlar var.

Axar.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.

“Fransanın “Challenges” nəşrində Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında noyabrın 7-də baş tutan son telefon söhbətinin detalları yayımlanıb. Telefon söhbətində Kreml sahibi Makrondan Rusiyanın koronavirusa qarşı icad etdiyi “Sputnik V” peyvəndinin kütləvi istehsalına kömək etməyi xahiş edib. Makron Putinə cavabında deyib ki, bu məsələni gərək fransalı alimlərlə müzakirə etsin.

İki prezident arasında konfidensial telefon danışığının məzmunu Fransa mətbuatı tərəfindən ikinci dəfədir ki, yayımlanır. Prezidentlər arasında sentyabrın 14-də də telefon danışığı olmuşdu. Həmin telefon danışığının məzmununu isə Fransanın məşhur “Le Monde” qəzeti yayımlamışdı. O telefon danışığında da Makron Navalnının zəhərlənməsi məsələsinə Putinin aydınlıq gətirməsini istəmişdi. Putin isə Navalnını sadəcə qalmaqallı bloger adlandırmış, onun özünü hər dəfə xəstəliyə vurduğunu demişdi.

Kreml ondan narazıdır ki, Fransanın hakim dairələrində Rusiya-Fransa münasibətlərini gərginləşdirmək istəyən qüvvələr var və məhz həmin qüvvələr iki prezident arasında konfidensial danışıqların məzmunu mətbuata ötürürlər.

Fikrimcə, Makronun icazə olmadan Fransa hakimiyyəti içərisində kiminsə Putinlə gizli danışığın məzmununu mətbuata ard-arda ötürməsi mümkün deyil. Əks halda Makron özü də Putin kimi narahat olmalı idi ki, kimlər onun telefon danışığını dinləyir və mətbuata ötürürür. Fransa prezidentinin isə yayımlanan yazılardan narahat olduğu sezilmir. Deməli, bu işin başında elə Makronun özü dayanır və bunu Putin də anlayır. Makron bu yolla Fransa cəmiyyətinə mesaj göndərir ki, o, Fransada və Avropada bəyənilməyən Putinlə sərt dildə danışır və Putinin xahişlərini yerinə yetirmir”, - politoloq qeyd edib.

Tarix
2020.11.27 / 11:41
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Oskanyan dedi ki, Elmar, elə bilirsən ki, biz ağılsızıq?

Tramp hücumu niyə dayandırdığını soruşdu, Əliyev cavabında...

Zəngəzurla bağlı bizə söz verdilər - Arakçı elan etdi

XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü

Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan

Azərbaycan bütün regionun gələcək inkişafını müəyyən edir

Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi

Tariximizin Zəfər salnaməsi!

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla