Yuxarı

Mən ədalətin tərəfindəyəm, ədalət isə Azərbaycanın

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mən ədalətin tərəfindəyəm, ədalət isə Azərbaycanın

Qarabağ münaqişəsi heç vaxt dayanmayıb, çünki çoxmillətli Azərbaycan xalqı heç zaman Azərbaycan ərazilərinin işğalı ilə barışmazdı.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, tanınmış rusiyalı politoloq Maksim Şevçenko RTV1 kanalında jurnalist Tina Kandelakinin suallarını cavablandırarkən belə deyib.

Onun sözlərinə görə, Azərbaycanda yalnız oğuz türkləri deyil, yəhudilər, ruslar, ləzgilər, talışlar, tatlar, saxurlar, udinlər, avarlar, gürcülər və hətta ermənilər yaşayır.

M.Şevçenko Sovet İttifaqının dağılması dövründə Dağlıq Qarabağda azərbaycanlıların 25 faizinin yaşadığını, qalanların ermənilər olduğunu, lakin ermənilərin heç vaxt orada yaşamaq hüququnun əllərindən alınmadığına dair Prezident İlham Əliyevin sözlərindən misal çəkib.

M.Şevçenko bu konfliktdə ədalətin tərəfində olduğunu söyləyib.

“Ədalət isə Azərbaycanın tərəfindədir”, - deyə politoloq bildirib.

Politoloq Ermənistanın baş naziri Nikol Paşinyanın Sovet İttifaqı sərhədlərinin heç bir əhəmiyyəti olmadığını, Heredotun və Kiçik Plininin təsvirlərinə istinad etməsini ağılsızlıq adlandırıb: “Tiqranın idarə etdiyi Ermənistan heç vaxt olmayıb. Hazırda müasir Azərbaycan və Ermənistan var. Mən hesab edirəm ki, alman xalqı Üçüncü Reyxin “Böyük Alman” ideyasından əziyyət çəkdiyi kimi, erməni xalqı da “böyük Ermənistan” adlandırılan çox təhlükəli və yalançı bir düşüncəsin girovuna çevrilib”.

Tarix
2020.11.28 / 12:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla