Yuxarı

Ermənilərin Laçın cəhdi: Putin xəbərdar edib - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin Laçın cəhdi: Putin xəbərdar edib - Video

15:38

Ermənistan üzərinə götürdüyü öhdəliklərə riayət etməlidir. Laçın dəhlizi ilə bağlı məsələ üçtərəfli Bəyanatda açıq-aydın şəkildə göstərilib.

Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Laçın dəhlizi ilə bağlı erməni tərəfinin yeni bir gərginlik yaratmaq cəhdləri haqda danışarkən deyib.

Onun sözlərinə görə, işğaldan qabaq Laçında erməni yaşamayıb:

“Ermənistan gərginliyi yenidən artırmaq üçün bütün vasitələrə əl ata bilər. Bu, gözlənilən bir şeydir. Lakin bu, onların xeyrinə yox, zərərinə olacaq. Azərbaycan bunu əsas gətirərək, Laçın ərazisindən dəhlizin verilməsinə razı olmaya bilər. Rusiya Prezidenti Vladimir Putin də dəfələrlə deyib ki, əgər ermənilərin Bəyanatdan boyun qaçırması intihar etməsi demək olar.

Laçın ərazisindən keçmiş Dağlıq Qarabağ ərazisinə 5 km enində dəhlizin yaradılması Azərbaycanın növbəti konstruktiv mövqeyidir. Onu da deyim ki, bu dəhliz sadəcə, kommunikasiya üçün müvəqqəti olaraq nəzərdə tutulub. Yəni Laçın dəhlizi ilə bağlı məsələ sonsuzadək belə qalmayacaq. Bu, müvəqqəti nəzərdə tutulan bir şeydir. Alternativ bir yeni yol çəkiləndən sonra dəhliz də öz mahiyyətini itirəcək”.

Qeyd edək ki, erməni siyasətçilər və Xankəndidəki bəzi separatçı-terrorçu şəxslər Laçın dəhlizinin eninin 5 km olduğunu və bu yolun Laçın şəhərindən keçdiyini bildirərək, Laçın şəhərini 1 dekabra qədər boşaltmağa tələsməmək çağırışı etmişdilər.

Tarix
2020.11.30 / 17:58
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla