Yuxarı

İlham Əliyevin cəsarətli addımları... – Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Şimali Kiprin Prezidenti Ərsin Tatarla görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşdə cəmiyyətin sədri Orxan Həsənoğlu, üzvləri – professor Fəxrəddin Məmmədov, tanınmış bəstəkar, professor Cavanşir Quliyev, həkim Bəxtiyar Məmmədov və azərbaycanlı iş adamı Tural Əliyev iştirak ediblər.

Prezident seçkilərində uğur qazanması münasibətilə Şimali Kiprdə yaşayan soydaşlarımız adından Ə.Tatarı təbrik edən cəmiyyətin sədri O.Həsənoğlu Azərbaycanın tarixində önəmli hadisələrin baş verdiyi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əzəli torpaqlarımızı işğaldan azad etdiyi, bu nəticənin əldə olunmasında qardaş Türkiyə və Şimali Kipr xalqının mənəvi dəstəyinin daim hiss edildiyi barədə danışıb.

Ə.Tatar qonaqları salamlayaraq deyib ki, Azərbaycanın Qarabağ savaşında sərgilədiyi milli iradə Kipr türklərini çox sevindirib:

“Möhtərəm Prezident İlham Əliyevin cəsarətli addımları Qarabağ müharibəsində zəfər əldə olunması ilə nəticələndi. Biz hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduq. Bundan sonra da Şimali Kipr Türk Respublikası qardaş Azərbaycanın yanında olacaq”.

Görüşün sonunda Ərsin Tatara xatirə plaketi təqdim edilib.

Tarix
2020.11.30 / 16:20
Müəllif
Gülnarə Kazımova
Şərhlər
Digər xəbərlər

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla