Yuxarı

Prezidentin Xankəndi, Xocalı ilə bağlı xüsusi qeydi - Ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin Xankəndi, Xocalı ilə bağlı xüsusi qeydi - Ekspert

Prezident hamını maraqlandıran suallara da cavab verdi.

Axar.az xəbər verir ki, bu fikirləri QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy Prezident İlham Əliyevin xalqa müraciətini və müraciətdə qaldırılmış məsələləri şərh edərkən qeyd edib.

O vurğulayıb ki, azərbaycanlı qaçqınların əvvəl yaşadıqları yerlərə, yəni Xankəndi, Xocalı və Xocavəndə qayıdacağı xüsusi qeyd edildi:

“Fikrimcə, buna da təhlükəsizlik və texniki işlər üçün müəyyən vaxt lazım olacaq. Onsuz da Ağdama və ya Füzuliyə də əhalinin faktiki qayıtması üçün vaxt lazımdır. Orda yaşayış şərtlərini yaratmalıyıq.

Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olacağı bildirildi. Yəni bölgədə Azərbaycan qanunları keçərli olacaq. O qanunlar Xankəndidə, Xocalıda və digər yerlərdəki rəsmi binalarda Azərbaycan bayrağının qaldırılmasını, bütün təhsil qurumlarının Azərbaycan Təhsil Nazirliyinin tabeliyinə verilməsini tələb edir. Düşünürəm ki, təhsildə pedaqoji prosesə uygun olaraq mərhələli müvəqqəti keçid dövrü olacaq.

Hüquqi məsuliyyət və təzminat barədə qərarlılıq və işlərin davam etdiyi bir daha vurğulandı.

Naxçıvana koridor məsələsi də bir xeyli aydınlaşdı. Məncə, o koridorun eni azı Laçın koridorunun eni qədər olacaq. Və sadəcə avtomobil yolu yox, dəmiryolu da olacaq. Prezident dəmiryolunu niyə ruslarla müzakirə etdiyimizi də izah etdi”.

Tarix
2020.12.01 / 17:06
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Şimali Kiprin baş naziri Azərbaycana gəlir

Ermənilər Azərbaycan mahnısına oynadılar - Video

Kremlin İrəvanla bağlı siyasəti: Buna məcburdur!

Azovda həlak olan azərbaycanlıların nəşləri tapıldı

Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bu ölkələrə səfər etməyin - XİN-dən xəbərdarlıq

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

Rusiya Bakı və İrəvanı itirir, tək qalıb - Zelenski

Ceyhun Bayramov Yaponiyaya getdi

Bakı və Dəməşq arasında ilk məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla