Yuxarı

Prezident elan etdi: “bıçaq” aradan qalxdı – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin xalqa müraciəti haqda danışarkən deyib.

O bildirib ki, ölkə başçısı xalqa müraciətində bütün suallara aydınlıq gətirdi:

“Prezident Laçın rayonunun heç bir itki vermədən azad edilməsinin önəmini vurğuladı. Həqiqətən də Laçın, Kəlbəcər, Ağdam rayonları çox çətin coğrafi relyefə malikdir. Ağdamda həddən artıq çoxsaylı mina, maneələr, bir neçə qatdan ibarət müdafiə xətti qurulduğu üçün, Kəlbəcər, Laçın isə dağlıq və sıx meşələrdən ibarət olduğu üçün bu ərazilərin düşməndən azad edilməsi çox vaxt aparacaqdı. Baxın, hazırda orda qar yağıb və iqlim daha da sərtləşəcək. Azərbaycan Ordusu istənilən halda bütün torpaqları hərbi yolla geri qaytarardı, lakin bu həm vaxtın uzanması, həm də itkilərimizin çox olmasına gətirib çıxara bilərdi.

Digər bir məsələ Laçın rayonunun böyük strateji əhəmiyyətə malik olmasıdır. Laçın Ermənistanı Qarabağla birləşdirən dəhliz rolunu oynayır. Laçın işğal edildikdən sonra Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə yarandı və torpaqlarımızın işğalı asanlaşdı. Bu gün Laçının geri qaytarılmasının tarixi əhəmiyyəti buna görə vacibdir. Ermənistanla keçmiş Dağlıq Qarabağ arasındakı dəhliz bağlandı”.

Politoloqun sözlərinə görə, Naxçıvana quru dəhlizin açılması isə olduqca mühüm tarixi nailiyyətdir:

“Cənab Prezidentin bu məsələni vurğulaması heç də təsadüfi deyil. Naxçıvanla quru yolun yaradılması təkcə bu ərazinin ölkəmizlə birləşməsi demək deyil, həm də Anadoludan Çinədək uzanan böyük türk yurdunun birləşməsi deməkdir. Faktiki olaraq türk dünyasını bıçaq kimi ortadan ayıran Ermənistan faktoru aradan qaldırıldı.

Əvvəllər nəzərdə tutulmayan Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsi məhz Azərbaycan Prezidentinin təkidi ilə yaradılacaq. Bununla da Naxçıvan həm blokadadan çıxarılır, həm də yeni nəqliyyat damarı yaradılır. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula və bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər.

“Ermənistan beynəlxalq münasibətlərin subyekti deyil, obyektidir”. Prezidentin dediyi bu söz böyük mənaya malikdir. Özünü subyekt sayan ölkə bundan sonra təcrid siyasətindən əl çəkib regional münasibətlərdə daha konstruktiv olmalıdır”.

Tarix
2020.12.01 / 17:43
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla