Axar.az
Yuxarı

Axar.Az Logo

Moskva Qarabağdan kənarda saxlanılsaydı... – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi şəxslər bir anlıq düşünsünlər ki, dünyanın bir çox yerində strateji maraqlarını güc yolu ilə həyata keçirən bir dövlət Qarabağda tənzimləmə prosesindən kənarda qalsaydı, ortaya hansı təhlükəli vəziyyət çıxardı? Məsələn, Abxaziya və Cənubi Osetiya hələ də Gürcüstana qayıtmayıb. Heç onun işartısı belə yoxdur. Moldovanın Dnestryanı problemində də heç bir irəliləyiş yoxdur. Çünki Rusiyanın oraya da çox böyük təsir imkanları var. Deməli, ölkə Prezidenti İlham Əliyev həm mahir diplomat, həm də böyük sərkərdə kimi bu müharibəni udub və indi biz onun nəticələrini görürük. Nəyi, nə zaman, necə etməyi Prezident hamıdan yaxşı bilir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov son günlər sosial şəbəkələrdə bir qisim şəxsin Rusiya sülhəramlılarının regiona gəlişi haqda cəmiyyətdə əsassız ajiotaj yaratmaq istəməsi haqda danışarkən deyib.

Millət vəkili bildirib ki, hərbi qələbəmizin şərtləndirdiyi siyasi tənzimləmə məsələlərinə qiymət verərkən obyektiv olmaq lazımdır:

“Maksimalist düşüncələrdən uzaq olmalıyıq. Biz indiki tənzimləməni bütün danışıqlar prosesində istəyirdik, amma Ermənistan buna razı olmurdu. Hərbi qələbəmiz isə indiki reallığı şərtləndirdi. Bu reallıq üçtərəfli bəyanatda öz əksini tapıb. Razılaşma bəndlər üzrə həyata keçirilir. 9 bənddən ibarət olan həmin bəyanatın müvafiq bəndlərindən biri Rusiya sülhməramlı qüvvələrinin bölgəyə gəlişi və bu məsələdə türk hərbçilərin iştirakı ilə bağlıdır. Burada narahatlıq üçün heç bir əsas yoxdur.

Fikrimcə, regionda yerləşən dünyanın nəhəng dövlətlərindən biri, Minsk Qrupunun həmsədri, həmçinin işğalçı dövlətə dünyadakı bütün dövlətlərdən daha çox təsir imkanına sahib olan Rusiya bu prosesdən tamamilə kənarda saxlanılsaydı, o zaman ehtiyatlı davranmaq lazım gələrdi. Rusiya gedib uzaq Suriyada dövlətçilik maraqlarını müdafiə edir, lazım gələndə bombalayır. İndi təsəvvür etsinlər ki, qulağının dibində iştirakçısı olduğu bir münaqişə tənzimlənir və orada Rusiyanın iştirakına icazə verilmir, belə olan halda Moskva nələr edər?! Bunun özündə böyük geosiyasi təhlükəni ehtiva etdiyini düşünmək lazımdır”.

Millət vəkilinin sözlərinə görə, Rusiya sülhməramlılarının Azərbaycan torpaqlarında yerləşdirilməsinə narazı olan şəxslər Kremlin proseslərə təsir imkanlarından xəbərdar deyillər:

“Bu gün dünyada hərb baxımından ilk sırada ABŞ, ikinci sırada isə Rusiya dayanır. Ona görə də Rusiya bu proseslərdə var. Özü də Bəyanatın bəndlərinə uyğun şəkildə iştirak edir”.

Tarix
2020.12.02 / 17:26
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Əliyev Şuşaya niyə getdi? – Korotçenkodan mühüm şərh

Prezidentdən “Azərlotereya” ilə bağlı - Sərəncam

Müharibə vaxtı baş nazir Manukyan olsaydı... - Video

Ayvazyan ingilis nazirlə danışdı və gülünc açıqlama yaydı

Qələbə qazandıq: qarşımızda duran əsas çətinliklər...

İlham Əliyev 1 fərman, 1 sərəncam imzaladı

Bayramov finlandiyalı həmkarı ilə danışdı

Bayramov Lavrovla danışdı: Moskva bəyanatı...

Avropada uçuş böhranı: “sürprizlər” olacaq

Bu oğrular qaçaqaçda bunu da söküb aparıblar - Prezident

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla