Yuxarı

Söyüdlü nəzarətimizə keçdi: 6 min iş yeri bağlanır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Söyüdlü nəzarətimizə keçdi: 6 min iş yeri bağlanır

Söyüdlü-Zod qızıl yatağının əhəmiyyətli hissəsinin Azərbaycanın nəzarətinə keçməsi Ermənistanda ciddi iqtisadi təsir yarada bilər.

Axar.az xəbər verir ki, bu sözləri erməni ekspertlər açıqlayıblar. Onlar bildiriblər ki, hazırda sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı yataqda işlər dayandırlııb. Əgər yaxın müddətdə fəaliyyət bərpa edilməzsə, Ermənistanda təxminən 6 min nəfər işsiz qala bilər.

Ekspertlər qeyd edib ki, Söyüdlü-Zod yatağı Ermənistanın dövlət büdcəsinə ən iri vergi ödəyiciləri sırasında 4-cü yerdə gəlir. Bundan öncə ekspertlər Söyüdlü yatağının Azərbaycan sərhədləri daxilində qalan hissəsinə görə Ermənistan büdcəsinin ildə 40 milyon dollar itirəcəyi haqda açıqlama vermişdi.

Ermənistan Müdafiə Nazirliyi isə sovet dövrünün xəritəsinə uyğun olaraq, Söyüdlü-Zod yatağının 74 faizinin Azərbaycanın sərhədləri daxilinə düşdüyünü təsdiqləyib. Bu qızıl yatağının ən məhsuldar hissəsi də Azərbaycan ərazisinə düşür. Buna görə də Ermənistan Kəlbəcər işğalda qaldığı müddətdə daha çox Azərbaycanın sərvətini talayıb.

Hazırda dəyərləndirmələr gedir və Azərbaycan sərvətinin talanmasına görə təzminat, eyni zamanda burdan çıxarılan qızıla görə Ermənistan büdcəsinə ödənən vəsaiti geri istəmək haqqına sahibdir. Erməni ekspertlərin sözlərinə görə, Ermənistan MN və Ermənistan XİN-in rəsmi açıqlama verərək, bu qızıl yatağının böyük hissəsinin Azərbaycan ərazisinə düşməsini təsdiqləməsi Bakının tələb etdiyi təzminatı ödəmək məsuliyyəti də yaradır.

Tarix
2020.12.03 / 00:51
Müəllif
Axar.az
Digər xəbərlər

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün...

MHP-dən Azərbaycan açıqlaması: Xəzərlə Aralıq ayrılmaz!

Azərbaycanın təcrübəsi bu dövlətlər üçün faydalı ola bilər

Bakıya kimlər gəldi və gələcək? - Siyahı

Prezident onlara müraciət ünvanladı

İran və Türkiyədən Azərbaycana trol hücumları...

Hindistanın XİN rəhbəri Azərbaycana gəldi

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla