Yuxarı

Düşmənə atılan raketlərin qiymətinə baxın, sonra... – Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Düşmənə atılan raketlərin qiymətinə baxın, sonra... – Deputat

Onlar digər sosial ödənişlər (pensiya, müavinət) və sosial proqramlarla da əhatə olunublar. Şəhid və qazi ailələrinə dövlət müxtəlif istiqamətlərdə yardım göstərir.

Bu sözləri Axar.az-a millət vəkili Fazil Mustafa ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələrinin və sağlamlığını itirmiş döyüşçülərimizin sosial təminatı ilə bağlı müzakirələr haqda danışarkən deyib.

O bildirib ki, təqaüdün məbləği ilə bağlı müzakirələr məlumatsızlıqdan irəli gəlir:

“Aylıq ödənişlərdə dövlətin imkanları da nəzərə alınmalıdır. İnsanlar unutmamalıdırlar ki, müharibənin bir günü bizə milyonlarla manat vəsaitə başa gəldi. Bundan sonrakı bərpa işləri üçün də kifayət qədər maliyyə resurslarına ehtiyac var. Ona görə də dövlət büdcəsini tamamilə açıb boşalda bilmərik.

Nəzərə almaq lazımdır ki, ilin əvvəllərində dünyada neft qiymətləri kəskin aşağı düşdü. Yəni insanlar özləri də anlayırlar ki, dövlətin əlində imkanlar genişlənəndə vəsaitin artırılması da nəzərdə tutula bilər. İndiki vəziyyətdə mövcud imkanlarla dövlət sadəcə kimsənin diqqətdən kənarda qalmaması, normal yaşayışını təmin etmək üçün bu vəsaiti nəzərdə tutur. Amma onların reabilitasiyası, ailələrinin müəyyən borcları və s. hamısını həll etməyi dövlət öz üzərinə götürdü.

Ona görə də söhbət təkcə ödənən vəsaitdən getmir, onların tələbə övladlarının təhsil haqları da daxil olmaqla, başqa güzəştlərini də buraya daxil edəndə, dövlətin kifayət qədər böyük vəsait ayırdığı görünür”.

Millət vəkili qeyd edib ki, qazilər və şəhid ailələri bunu haqq edirlər, amma biz dövlətin çöküşünə, zəifləməsinə imkan verəcək təkliflərdən çəkinməliyik:

“Hər atılan raketə, gülləyə baxın, qiymətlərini müəyyən edin və görün ki, dövlət nə qədər xərc çəkib. Azad edilən ərazilərin bərpa olunması, insanların köçürülməsi nə qədər böyük vəsait tələb edir. Bununla belə şəhid və qazi ailələrinin təminatının yüksək səviyyədə olacağına kimsə şübhə etməsin”.

Tarix
2020.12.03 / 09:07
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Kamboca ilə diplomatik münasibətlərin qurulması... - Deputat

İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır

Azərbaycan XİN Ərəbistana başsağlığı verdi

Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzi... - YAP

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla