Yuxarı

Razılaşma 30 il sonra sülh üçün həqiqi şansdır – Çavuşoğlu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Razılaşma 30 il sonra sülh üçün həqiqi şansdır – Çavuşoğlu

Son hadisələr Azərbaycan torpaqlarının 30 il davam edən işğalının sonsuza qədər davam etməyəcəyini göstərdi.

Axar.az xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının bu gün başlamış iclasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, daim beynəlxalq hüququn tərəfində olduqlarını da qeyd edib.

“ATƏT-in Minsk qrupunun üzv ölkəsi olaraq biz bu münaqişənin uzunmüddətli həlli üçün əlimizdən gələn səyləri göstərməyə daim hazırıq. Həmişə münaqişənin beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT prinsiplərinə əsasən həll olunmasının vacibliyini bildirmişik. Münaqişə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”, - nazir deyib.

XİN rəhbəri qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş razılaşma 30 il sonra sülh üçün həqiqi şansdır:

“Bu fakt regional sabitlik üçün, o cümlədən Azərbaycan – Ermənistan, Türkiyə - Ermənistan münasibətləri üçün müsbət hadisədir”.

Tarix
2020.12.03 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla