Yuxarı

Köçəryan: Bakıya elə bir təhdid səsləndirdik ki, cavabı...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan rəhbərliyi özünün ehtiyatsız hərəkətləri və bəyanatları ilə Qarabağda müharibəni yaxınlaşdırmaq üçün hər şeyi etdi.

Axar.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan “5-ci kanal”a müsahibəsində deyib.

“Əminəm ki, müharibəni qaçılmaz etmək üçün rəhbərlik hər şeyi etdi. Əvvəla, danışıqlar prosesi dalana dirəndi. Biz bəyanatlarımızla elə vəziyyət yaratdıq ki, həmsədrlər erməni tərəfinin nə istədiyini bilmədi. Elə təəssürat yarandı ki, sanki Ermənistan hər şeyi dalana dirəmək üçün edir. Müharibə də elə bir vaxt başladı ki, heç kim danışıqların Ermənistan tərəfindən pozulmasına şübhə etmədi”, - Köçəryan bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başlamasını legitimləşdirdi:

“Artsax”ın əsas varlığı öz müqəddəratını təyinetmə hüququnun olmasıdır. Ancaq İrəvan açıqlamaları ilə məsələni ərazi bütövlüyü müstəvisinə sürüklədi. Nəticədə, müharibəyə başlayan Azərbaycanı heç bir ölkə qınamadı”.

Köçəryan bu səhvlərin birbaşa günahkarı kimi Ermənistanın baş nazirini göstərib.

Keçmiş prezident bildirib ki, hər şey erməni tərəfinin iyul ayında Tovuz istiqamətində sərhəd qarşıdurmasına səbəb olması ilə başladı.

“Bir ay əvvəl baş qərargah rəisinin Ermənistanın müharibəyə hazır olmadığını bildirdiyini nəzərə alsaq, bu, ölümcül bir səhv idi”, - Köçəryan bildirib.

Erməni siyasətçi həmçinin, keçmiş müdafiə naziri David Tonoyanı da “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatına görə də tənqid edib:

“Əslində nazirin ağzı ilə Azərbaycana qarşı elə bir təhdid səsləndirdik ki, bu təhlükəni aradan qaldırmağın ən qısa yolu Türkiyəni Bakının tərəfində müharibəyə birbaşa cəlb etmək idi”.

Köçəryan hesab edir ki, Qarabağ səmasını dronlar üçün bağlaya bilməmək rəhbərliyin daha bir səhvi idi:

“Məmurlara 120 milyon dollar mükafat vermək əvəzinə, bir neçə müasir müdafiə məhsulları almaq olardı”.

Tarix
2020.12.04 / 23:54
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla