Yuxarı

Nikol niyə müharibəni ilk gündə dayandırmadı? – Köçəryan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş qərargah rəisinin məruzəsindən sonra Baş nazir Paşinyan “Lavrov planı”nı qəbul etməli və müharibəni dayandırmalı idi.

Axar.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan “5-ci kanal”a müsahibəsində deyib.

Onun sözlərinə görə, müharibənin 4-cü günü Onik Qasparyanın müharibənin dayandırılması ilə bağlı məlum məruzəsindən sonra Azərbaycan Ordusu bir neçə kilometr irəliləmişdi və erməni tərəfinin cəmi 500 nəfər itkisi var idi. Məhz onda Nikol Paşinyan müharibəni dayandırmalı idi.

“Amma müharibəni 44-cü gün dayandırdılar. Başa düşə bilmirəm ki, generallar məğlubiyyətin qaçılmaz olduğunu deyəndə niyə Paşinyan müharibəni dayandırmadı”, - Köçəryan bildirib.

Keçmiş prezident bildirib ki, əgər hökumət əvvəldən müharibənin real miqyası və itkiləri barədə xalqa məlumat versəydi, o zaman heç kim Paşinyanı satqınlıqda ittiham etməyəcəkdi. Amma yalan üzərində qurulan təbliğat ölkə üçün ölümcül oldu.

“Əgər mən lider olsaydım, müharibə olmayacaqdı. Diplomatik axmaqlıqlar da olmayacaqdı. Əliyev mənimlə müharibəyə qərar verməyəcəkdi. Əgər qərar versəydi belə, məğlubiyyətin qarşısını mütləq almaq olardı. Mən məğlubiyyətə gətirib çıxaran kobud səhvlərə yol verməzdim”, - Köçəryan iddia edib.

Tarix
2020.12.05 / 09:00
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla