Yuxarı

Şevçenko: Əgər Bakı bunu vaxtında etməsə... - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şevçenko: Əgər Bakı bunu vaxtında etməsə... - Video

09:13

Azərbaycan ərazi bütövlüyünü bərpa edərək insanların azad edilmiş ərazilərə qayıtması imkanını, eləcə də təbii ehtiyatlara və su resurslarına çıxış kimi millətin inkişafı üçün böyük perspektivlər qazandı.

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış rus siyasətçi, aparıcı və ictimai xadim Maksim Şevçenko bildirib.

Onun sözlərinə görə, indi Azərbaycan qələbənin mövcud nəticələrini möhkəmləndirməlidir:

“İnsanların bu əraziləri maksimal dərəcədə sürətli mənimsəməsi və bura qayıdışı nəticəsində tam möhkəmləndirmək lazımdır. Azərbaycanlılar öz ərazilərinə nə qədər tez qayıtsa, bir o qədər asan olacaq. Bu proses uzanarsa, daha çox problem yaranacaq”.

Şevçenko əsl postsovet dövrünün məhz bu andan etibarən başladığını vurğulayıb:

“Qarabağ müharibəsi və Azərbaycanın qələbəsi postsovet dövrünün əsl başlanğıcıdır. Özü də Azərbaycan başqalarından fərqli olaraq, Heydər Əliyevin kursu sayəsində sovet dövrü ilə bağlı ardıcıllığı qoruyub saxlaya bildi. O (Heydər Əliyev — red.) isə Siyasi Büro üzvü, Sov İPK MK Baş katibi vəzifəsinə namizəd idi. Bu da sovet dövrü ilə əlaqə deməkdir.

Üstəlik, Azərbaycan Sovet dövrünün dağıdılmasının başlanğıcı olan Qarabağ problemini həll etdi. Bu, Rusiya, Ukrayna və bu kimi digər dövlətlərdən fərqli olaraq, postsovet məkanının başlanğıc mövqelərinə daxil olan ilk dövlətdir.

Bu, sizin və Rusiyanın bəlkə də hələ tam anlamadığı çox vacib məqamdır".

Tarix
2020.12.18 / 10:55
Müəllif
Əli, Xədicə
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla