Yuxarı

Köhnə Tağlar insidenti: Bakı gözləməyəcək - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Köhnə Tağlar və Çaylaqqala kəndləri ətrafında baş verən hadisə Azərbaycanın bu səfər beş il gözləməyəcəyinin və dincəlməyəcəyinin göstəricisidir.

Axar.az xəbər verir ki, bunu “Vesti.az”a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk bildirib.

“İki kəndin ətrafında baş verən hadisələr (Köhnə Tağlar və Çaylaqqala — red.) kartoqrafiya da daxil olmaqla, bir çox parametrlərin qeyri-səlisliyini və bulanıqlığını nümayiş etdirdi. Həmçinin, hər kəsə aydın oldu ki, Azərbaycan müvəqqəti vəziyyətə dözməyəcək və bütün Qarabağı təkcə sözdə deyil, istisnasız olaraq özünə aid bilir. Buna görə də prinsipcə burada Azərbaycan üçün mübahisəli kənd yoxdur və xəritələrdəki xətlər isə “n” qədər çəkilə bilər”, - ekspert qeyd edib.

Onun sözlərinə görə, Bakının bu sərt mövqeyi gah ortaya çıxan, gah da ərazinin xəritəsində birdən-birə yox olan “o xəttdən” də açıq şəkildə görünür:

“Bakının rəqibləri bu səbəbdən müharibəni yeniləməyə hazır deyillər. Əks təqdirdə, bu incə kartoqrafik element çəkildiyi yerdə olduğu kimi, yalnız xəritədə deyil, real tətbiqdə də qalardı”.

Trofimçukun fikrincə, “müharibə bitdi” anlayışını hər kəs anlamır və burada heç bir illüziya olmamalıdır:

“Məsələn, Azərbaycan özü hərbi fazanı bitmiş hesab etdiyini və məsələni başqa üsullarla həll etmək niyyətində olduğunu açıq şəkildə bildirib. Demək olar ki, Paşinyan istisna olmaqla, bütün Ermənistan tərəfi güc toplayaraq, yaxın gələcəkdə “itirilmiş” əraziləri “geri almağa” hazır olduğunu bəyan edir. Bu isə açıq-aşkar revanşizmdir. Prinsipcə, hadisələrin gələcək inkişafına yeganə cavabdeh olan Rusiyanın müharibəyə ehtiyacı yoxdur. Türkiyə isə Qarabağ uğurunu nəzərə alaraq, açıq şəkildə hətta müharibə yolu ilə deyil, güc faktorundan istifadə edərək irəli getməyə hazırdır. Qərb də öz növbəsində buradakı hər kəsi qarşı-qarşıya qoyaraq Qafqaz "ziyafətini" davam etdirmək istərdi, xüsusilə ABŞ və Fransadan olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan Prezidenti tərəfindən qəbul edilməsindən sonra”.

Tarix
2020.12.19 / 12:37
Müəllif
Xədicə Nəbiyeva
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla