Yuxarı

Qarabağda Türkiyənin rolu... – Rusiyadan maraqlı baxış

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Strateji Araşdırmalar İnstitutunun analitiki, Cənubi Qafqaz üzrə mütəxəssis Konstantin Tasitsin Axar.az-a müsahibəsi:

- Türkiyənin Cənubi Qafqazdakı rolunun güclənməsinə, eləcə də sülhməramlı missiyasında fəal iştirakına Rusiyanın münasibəti necədir?

- Rusiyalı mütəxəssislər arasında Türkiyənin Cənubi Qafqazdakı rolunun güclənməsinə birmənalı münasibət yoxdur. Bir tərəfdən Ankaranın 1990-cı illərin əvvəllərindən bəri bölgədə mövcud olduğuna dair anlayış var: xüsusilə də Azərbaycanla hərbi-siyasi, iqtisadi və humanitar sahələrdə sıx əlaqələrə malikdir. Amma müəyyən narahatlıqlar da yox deyil, çünki bu, bizim sərhədlərimizin yanında baş verir və Türkiyə NATO üzvüdür.

Bundan əlavə, Ankaranın prosesdə daha fəal iştirakı İrəvan üçün qəbuledilməzdir. Rusiya nöqteyi-nəzərindən də bu narahatlıqlar nəzərə alınmalıdır.

Türkiyənin hazırkı rəhbərliyi ilə Rusiya güzəştə getməyi və çətin məsələləri qarşılıqlı hörmət əsasında həll etməyi bacarır. Bunun sayəsində Türkiyənin Qarabağ nizamlanmasında iştirakının bütün tərəflərə uyğun bir formatı tapıldı.

- Qarabağdakı hərbi münaqişənin bitdiyini söyləmək mükündürmü?

- Çox güman ki, münaqişənin hərbi mərhələsi həqiqətən də bitib. Rus sülhməramlılarının mövcudluğu atəşkəsi təmin edəcək və genişmiqyaslı eskalasiyanın qarşısını alacaq. Münaqişə tərəfləri qarşılıqlı əlaqə qurarlarsa, 11-12 dekabr tarixlərində Hadrut bölgəsində meydana gələn qarşıdurmalar və hadisələrin sayı minimuma endiriləcək.

Bununla birlikdə bölgənin gələcəyi, dinc həyatın bərpası, qaçqınların qayıtması, qarşılıqlı barışıq və s. ilə əlaqədar çox sayda sual qalmaqdadır. Buna görə qorxuram ki, yekun həlli hələ tezliklə görməyəcəyik.

- Türkiyə ilə Rusiyanın Azərbaycanın Qarabağ bölgəsindəki təsir sahələrini bölüşdüyünü söyləmək mümkündürmü? Yoxsa bütün bunlar çox bulanıqdır?

- Mənə elə gəlir ki, bu, doğru deyil. 2020-ci ilin sentyabr-noyabr aylarındakı kritik vəziyyətdə də Rusiya beynəlxalq hüquq və əvvəlki razılaşmalar çərçivəsində hərəkət etməyə çalışdı. Ümumiyyətlə, rəsmi Moskvanın vasitəçiliyi ilə Bakı və İrəvanın imzaladığı atəşkəs bəyannaməsi Madrid prinsiplərinə uyğundur. Bəzi məqamlar yerinə yetirilib: Qarabağ ətrafındakı bölgələr Azərbaycana qaytarıldı, Ermənistanla Qarabağ arasında dəhliz açıldı, beynəlxalq təhlükəsizlik zəmanətləri yaradıldı.

ATƏT-in Minsk Qrupu yoxa çıxmayıb, qalan müqavilələrin həyata keçirilməsi və münaqişənin uzunmüddətli həllini təmin etmək üçün çalışmalarını davam etdirir.

Tarix
2020.12.23 / 13:01
Müəllif
Əli, Xədicə
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla