Yuxarı

Əliyev indi də "Nə oldu, Ermənistan" deyəcək - Aşotyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlətin qəsdən dağıdılması davam edir.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan öz Feysbuk səhifəsində yazıb.

“Hakimiyyət Ermənistanın şərq sərhədlərinə yaxın ərazilərin təslim edilməsi barədə dəhşətli sövdələşmə ilə bağlı fərqli fikirlər irəli sürür.

Əvvəlcə, xain (Paşinyan nəzərdə tutulur – red.) Sünikdəki erməni mövqelərinin şifahi razılaşma yolu ilə geri verildiyini bildirdi.

Sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi işləyən agent həyasızcasına sərhədin müəyyən sənədlər əsasında həyata keçirildiyini bildirdi.

Dünən isə Xarici İşlər Nazirliyi mövcud tədbirlərin həyata keçirilməsinin status məsələləri ilə əlaqəli olmadığını, bunun sərhədin demarkasiyası və delimitasiyası və ya mövcud inzibati sərhədlərin mexaniki təsdiqlənməsi ilə bağlı yekun razılaşma kimi yozula bilməyəcəyini açıqladı. Bu sui-qəsd xaosu deyilsə, nədir?" - Aşotyan qeyd edib.

O deyib ki, Xarici İşlər Nazirliyi, Baş nazir və Təhlükəsizlik Şurasının katibi ölkə üçün həyati bir mövzuda üç fərqli açıqlama verir. Bu, dövlətçiliyin itirilməsi prosesinin reallığa çevrildiyini bir daha sübut edir:

“Daha bir süründürməçilik nəticəsində Azərbaycanın "nə oldu, Paşinyan" istehzası "nə oldu, Ermənistan"a çevriləcək".

Tarix
2020.12.30 / 14:45
Müəllif
Xədicə Nəbiyeva
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla