Yuxarı

Afina ikidövlətli həlldən niyə qaçır?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Afina Kipr adasına dair siyasətindən əl çəkməlidir. Adanın qarantı olmaq onun daxili işinə müdaxilə etmək demək deyil. Rəsmi Afinanın maksimalist siyasəti adada sülhə ən böyük əngəldir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Cənubi Kipr prezidentinin ikidövlətli həllin mümkün olmayacağına dair açıqlamalarını şərh edərkən deyib.

O bildirib ki, Yunanıstan Cənubi Kipri qızışdırmaqdan əl çəkməlidir:

“Kipr münaqişəsi həlli sadə, lakin tərəflərin üst-üstə düşməyən maraqları səbəbi ilə dalana dirənən fərqli münaqişədir. Xüsusilə də rəsmi Afina və onun forpostu olan Cənubi Kipr hökuməti adanın bütövlükdə yunan tərəfinə verilməsini istəyir.

Cənubi Kipr prezidenti ikidövlətli həllin mümkün olmayacağını deməkdənsə, adada iki dövlətin faktiki niyə mövcud olduğuna diqqət etməlidir. Adada iki dövlətin yaranmasının tək müqəssiri yunan tərəfidir. Çünki bu problem Yunanıstanın “Enosis” siyasətini elan etdiyi vaхtdan başlayır. Türkləri kütləvi şəkildə soyqırıma məruz qoyan EOKA təşkilatı da bu işdə xüsusi rol oynayıb.

1960-cı ildə Londonda imzalanan Süriх müqaviləsinə görə, adanın bölünməsi və başqa ölkəyə birləşdirilməsi qadağan edilirdi, dini, mədəniyyəti və dili fərqli olan iki icmaya siyasi və administrativ səlahiyyətlər nəzərdə tuturlurdu, prezidenti yunan, vitse-prezidenti türk və 35-i yunan, 15-i türk olmaqla, 50 nəfərlik parlamentdən ibarət dövlət qurulmalı idi. Hər icma parlamentə öz nümayəndələrini seçəcəkdi. Kiprin türk icmasına üç nazirlik həvalə olunmuşdu: müdafiə, səhiyyə və kənd təsərrüfatı nazirlikləri.

Kipr Respublikası İngiltərə, Yunanıstan və Türkiyənin zəmanəti və müdafiəsi altında olacaqdı. Bəs nə üçün olmadı? Səbəb aydındır”.

Politoloq bildirib ki, hazırda ikidövlətli həll modeli ən optimal yoldur.

Tarix
2021.01.04 / 09:00
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla