Yuxarı

Əliyev-Putin-Paşinyan görüşü: 5 vacib məqam... - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

2021-ci il Azərbaycan diplomatiyası üçün çox aktiv bir il olacaq. Xüsusilə də 44 günlük müharibədən sonra bəzi məsələlərin masada həll edilməsi və aydınlaşdırılmasına ehtiyac var. Bu istiqamətdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin, hətta Türkiyənin də iştirakı ilə görüşlərin keçirilməsi vacibdir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli yaxın vaxtlarda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə Moskvada keçiriləcək üçtərəfli görüş haqda yayılan informasiyalara münasibət bildirərkən deyib.

O bildirib ki, Qarabağ ətrafında baş verən son proseslərin müzakirəyə və aydınlaşdırılmasına ehtiyac var:

“Birincisi, regionda fəaliyyət göstərən sülhməramlı kontingentin vəzifə və səlahiyyətləri ilə bağlı konkret danışıqlar lazımdır. Xüsusilə də son günlər sülhməramlıların aktiv təlimlər keçirməsi, bu təlimlərə erməniləri də cəlb etməsi kimi bəzi neqativ xəbərlər yayılır. Düzdür, bu xəbərlər rəsmi olmasa da, gözardı edilməməli və araşdırılmalıdır. Sülhməramlıların konkret vəzifə və səlahiyyətləri təyin edilməli, səlahiyyətlərin aşılması hallarına qarşı cəza tədbirləri müəyyənləşməlidir.

İkincisi, son günlər məqsədli surətdə region xəritələri üzərində dəyişikliklər edilir. Bu xəritələrdə Azərbaycanın nəzarətində olan bir sıra ərazilər sülhməramlıların nəzarətində imiş kimi göstərilməyə çalışılır. Bu, yolverilməzdir və məsələnin üzərinə düşmək lazımdır. Bu kimi xəritələr dezinformasiya olsa belə, sülhməramlılara olan inamı azaldır.

Üçüncüsü, Azərbaycan heç bir halda nə “dqr” adlı bir qurumu, nə də onun “prezidenti” Araik Arutyunyanı qəbul etmir. Tez bir zamanda əraziyə müvafiq general-qubernator və Bakının məsləhət bildiyi bir səlahiyyətli şəxs seçilməlidir. Ümumiyyətlə, görüşlər zamanı bu məsələ aktual olmalıdır. Araik Arutyunyan Azərbaycanın ərazi bütövlüyünə qəsddə ittiham edilib, təhvil verilməlidir.

Dördüncüsü, Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhliz tez bir zamanda açılmalıdır. Bu məsələnin aktuallığının itirilməsinə yol vermək olmaz. Diqqət etsəniz, bu məsələ sanki erməni tərəfindən məqsədli şəkildə gizlədilir və dəyişdirilməsinə çalışılır. Buna yol vermək olmaz. Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhliz bizim üçün “qırmızı xətt” olmalıdır.

Beşincisi, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə Moskvada keçiriləcək üçtərəfli görüşdən sonrakı görüşlərə Türkiyə də dəvət edilməlidir. Çünki Türkiyə də bu prosesin bir parçasıdır və bunu Rusiya da etiraf edir. Düşünürəm, bundan sonrakı danışıqların dalana dirənməmsi üçün rəsmi Ankaranın iştirakı vacibir”.

Tarix
2021.01.06 / 13:09
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla