Yuxarı

Ekspert: Əliyev Moskvaya bu cür getdi - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekspert: Əliyev Moskvaya bu cür getdi - Video

12:19

Bu gün baş tutacaq görüşdə Azərbaycana ziyanlı ola biləcək hər hansı bir qərarın, razılaşmanın olması mümkün görünmür. Prezidentin Qarabağ məsələsində hansısa səhvi, güzəşti olmayıb. Bu məsələdə İlham Əliyevin mövqeyi aydın, dövlət maraqlarına uyğun və birmənalıdır.

Axar.az xəbər verir ki, bunu bu gün Moskvada keçiriləcək Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin görüşünü şərh edən ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, artıq diplomatik savaşın ikinci mərhələsi başlayıb:

“Ümid edirəm ki, Putinlə ikitərəfli görüşdə son 2 ayda Rusiya sülhməramlılarının suallar yaradan davranışları ilə bağlı məsələ qaldırılacaq, ən azından, Xocalıya qayıdışla bağlı yolların açılması, azərbaycanlıların ora dönməsi qrafiki məsələsi öz həllini tapacaq. Əgər Kreml hərbi kontingetinin sayının artırılması məsələsini qaldırsa, düşünmürəm ki, rəsmi Bakı buna razılıq versin.

Rusiya mənbələrinə görə, bu gün iki əsas məsələ müzakirə olunacaq: Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilib möhkəmlənməsi və Naxçıvana açılacaq dəhlizlə bağlı detallar. Hər iki məsələdə əlimiz, arqumentlərimiz güclüdür.

Artıq diplomatik savaşın yeni mərhələsi başladı, bu yolun uğurlu olmasının təməlini Azərbaycan əsgəri qoyub! Allah Əsgərimizi, Ordumuzu qorusun, Tanrı diplomatlarımıza zehin açıqlığı nəsib etsin!"

Tarix
2021.01.11 / 14:48
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla