Yuxarı

Qarabağ üçün 3 Qafqaz ölkəsi və Türkiyə... - Brayza

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ üçün 3 Qafqaz ölkəsi və Türkiyə... - Brayza

Hesab edirəm ki, üç Qafqaz ölkəsinin, eləcə də Türkiyənin gələcək danışıqlar formatında iştirak etməsi tamamilə vacibdir. Rusiyanın da bu məsələdə iştirak etməsinin lazım olduğunu düşünürəm.

Bu sözləri Axar.az-a ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza deyib.

“Məsələnin məğzi bundan ibarətdir ki, ATƏT-in Minsk Qrupunun digər iki həmsədri olan ABŞ və Fransa, təəssüf ki, iyul ayında gedən şiddətli döyüşlərdən sonra “siyasi vakuum” yaratdılar. Türkiyə və Rusiya bu boşluğu hiss edirlər və gələcək danışıqlar prosesində iştirak etməlidirlər”, - Brayza bildirib.

Keçmiş səfir İranın danışıqlar prosesinə daxil edilməsi məsələsinə də toxunub:

“Bəli, bilirəm ki, İran da danışıqlar prosesinə qoşulmaq istəyir. Azərbaycanda səfir olduğum dövrdə İranın sabitliyi pozan hərəkətlər etməyə cəhd göstərdiyindən də xəbərdaram. Digər tərəfdən, İran əhalisinin ən azı dörddə birinin azərbaycanlı olduğunu nəzərə alaraq, İranın Azərbaycanda baş verən hadisələrdə güclü marağı olduğunu başa düşə bilərik”, - deyə Brayza bildirib.

Tarix
2021.01.11 / 14:33
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla