Yuxarı

Çavuşoğludan Qarabağ açıqlaması

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çavuşoğludan Qarabağ açıqlaması

Qarabağ münaqişəsi 10 noyabr 2020-ci il Bəyanatı ilə başa çatıb.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə mətbuatına deyib.

O bildirib ki, bu bəyannamə hər şeydən əvvəl Qarabağın Azərbaycana aid olduğunu bir daha təkrarlayır:

“Birgə bəyannamədə Minsk Qrupu həmsədrlərinin illər ərzində yaratdığı fikir və prinsiplər geniş şəkildə əks olunur. Ehtiyac olarsa, Minsk Qrupu yenə də rol oynaya bilər. Bu zaman həmsədrlər obyektiv və konstruktiv olmalı, keçmişdəki səhvlərə yol verməməlidir”.

Nazir qeyd edib ki, Azərbaycanın dəvətinə cavab olaraq Türkiyə bölgədə yenidənqurma işlərində çalışmağa davam edəcək:

“Rusiya ilə Birgə Monitorinq Mərkəzi yaratdıq. Bu, bölgədə sabitliyin qorunması üçün çox əhəmiyyətlidir. Bundan sonra Ermənistandan birgə bəyannamədə razılaşdırılmış şərtlərə əməl etməsini, yeni təxribatlardan çəkinməsini və Azərbaycanın azad olunmuş bütün ərazilərində suverenliyi tanıyan birdəfəlik siyasi həll yolu açmasını gözləyirik. Anlaşma davam edərsə, bu, Türkiyə-Ermənistan münasibətlərinə də müsbət təsir göstərər. Bölgədə sabitliyin yaranması erməni xalqı üçün də sərfəli olacaq. Azərbaycanın 6 ölkənin regional formatı üçün göstərdiyi təşəbbüsünü də dəstəkləyirik”.

Tarix
2021.01.14 / 14:40
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla