Yuxarı

Qarabağda referendum deyil, “neverendum” keçirilə bilər

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda referendum deyil, “neverendum” keçirilə bilər

Azərbaycan öz qələbəsindən sonra Dağlıq Qarabağ ərazisində referendum keçirməyə imkan verməyəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza jurnalist Coan Lisoskiyə müsahibəsində deyib.

“Sözün düzü, bütün bu illər ərzində Minsk Qrupunun həmsədrlərindən heç kəs, hətta Ermənistan prezidentinin özü də inanmırdı ki, belə bir referendum nə vaxtsa keçirilə bilər. Bununla bağlı zarafatımız belə var idi ki, ermənilər bunu "referendum" adlandırırlar, amma bu, əslində "neverendum"dur (Never — ingiliscə “heç vaxt”)”, - o bildirib.

Onun sözlərinə görə, Putin üçtərəfli danışıqlarda Minsk Qrupunun adını çəkərək məsələdə yalnız öz müstəqil iştirakını legitimləşdirir:

“Minsk Qrupu hələ sülhməramlı missiyanın, onun tərkibinin, qalma müddətinin ətrafındakı proseslərə cəlb oluna bilər, lakin bu, yalnız ehtimaldır”.

Tarix
2021.01.14 / 22:38
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla