Yuxarı

Razuvayev: İrəvan Bakının verdiyi şansı itirəcək… - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:19

Azərbaycan Prezidenti İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, müharibə keçmişdə qaldı. İnfrastruktur bərpa edildiyi üçün bölgədəki iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması diqqətəlayiqdir.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı iqtisadçı Aleksandr Razuvayev Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşünün nəticələrini şərh edərkən deyib.

“Rus sülhməramlıları Laçın dəhlizi vasitəsilə Qarabağdakı ermənilərlə Ermənistan arasında əlaqənin təhlükəsizliyini təmin edirlər. Bundan əlavə, razılaşmaya görə, Ermənistan ərazisindən Naxçıvana nəqliyyat dəhlizi açılmalıdır. Onun təhlükəsizliyi Ermənistan ərazisində yerləşdirilən Rusiya FTX-nın sərhədçiləri tərəfindən təmin ediləcək. Rəsmi Bakı bu dəhlizdən Naxçıvan üzərindən birbaşa Türkiyə ilə birləşəcək dəmiryolu çəkməyi planlaşdırır”, - iqtisadçı bildirib.

Ekspert qeyd edib ki, geostrateji baxımdan Qarabağ bütün türk dünyası üçün vacib bir elementdir. Ərazinin əhəmiyyəti bu bölgənin müəyyən nəqliyyat imkanları yaratmasında, yəni türk dünyasını birləşdirən yolu davam edirməsindədir:

“Təəssüf ki, Ermənistan hələ də iqtisadi baxımdan sağlam düşüncədən kənar siyasi ambisiyalara sahibdir. İrəvanın Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilən sərhədlərini tanıması, həmçinin Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırması düzgün olardı. Özünü təcridetmə siyasəti, ilk növbədə, İrəvanın iqtisadiyyatına ziyan vurur. Vaksinasiya, pandemiyanın sonu və beynəlxalq turizm Ermənistana yeni bir şans verir. Lakin siyasət səbəbindən bu şans, çox güman ki, əldən veriləcək”.

Tarix
2021.01.15 / 13:35
Müəllif
Əli, Xədicə
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla