Yuxarı

Əliyev Şuşaya niyə getdi? – Korotçenkodan mühüm şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev Şuşaya niyə getdi? – Korotçenkodan mühüm şərh

İlham Əliyev, şübhəsiz ki, müasir dövrün görkəmli siyasətçisidir. Söz verdiyi hər şeyi A-dan Z-yə qədər etdi. İşğal edilmiş torpaqları azad etdi, işğalçıları darmadağın edərək qovdu.

Axar.az xəbər verir ki, bunu məşhur rusiyalı politoloq, hərbi ekspert İqor Korotçenko öz Teleqram kanalında yazıb.

“İlham Əliyevin Şuşaya səfəri əlamətdar və çox əhəmiyyətli, bir çox cəhətdən rəmzi səfərdir. Bu, təkcə Prezidentin deyil, Ali Baş Komandanın səfəridir. Çünki 44 günlük müharibənin əsas məqamlarından biri olan Şuşanın işğaldan azad edilməsi Ermənistan ordusunun müqavimətini dayandırdı və İrəvan təslim oldu. Şuşa şəhərinin azad edilməsi əməliyyatı Azərbaycanın ən mühüm hərbi uğurudur, hərbi strategiyasının təntənəsidir. Şəhər dağ-meşəlik ərazilərdən keçən və şiddətli əlbəyaxa döyüşləri ilə erməni qüvvələrini darmadağın edən Azərbaycan Silahlı Qüvvələrinin xüsusi dəstələri tərəfindən azad olundu. Bütün müasir standartlara görə bu görkəmli hərbi əməliyyat hələ də öz tarixçilərini gözləyir”, - o qeyd edib.

Tarix
2021.01.16 / 16:40
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

TRİPP-lə bağlı mühüm addım: Paşinyan elan etdi

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

Hanoyda Prezidentlə xanımının şərəfinə rəsmi nahar verildi

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

Azərbaycanda həyat səviyyəsi daim yaxşılaşır - To Lam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla