Yuxarı

"Qarabağın statusu" məsələsi gələcəyə saxlanıldı - Lavrov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağın statusu" məsələsi gələcəyə saxlanıldı - Lavrov

Dağlıq Qarabağın (keçmiş DQMV nəzərdə tutulur - red.) statusu noyabrın 9-da üçtərəfli bəyanatda şüurlu olaraq göstərilməyib. Status problemi ziddiyyətli məsələdir, liderlər tərəfindən onu gələcəyə saxlamaq qərara alınıb.

Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, bu məsələ ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri məşğul olmalıdır, onlar yaxın vaxtlarda regiona yenidən baş çəkəcəklər.

”Rusiya beynəlxalq təşkilatların, o cümlədən UNESKO-nun, BMT-nin Qarabağda işləməsində, yerli əhaliyə yardım göstərməsində maraqlıdır. Lakin yardımların müzakirəsi zamanı status ətrafında yaranan ziddiyyətli məsələlər ortaya çıxır. Məhz İrəvanla Bakı arasında yaranan ziddiyyətlərə görə üçlü danışıqlarda bu məsələyə toxunulmayıb”, - o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev keçmiş Dağlıq Qarabağa heç bir status verilməyəcəyini rəsmən elan edib.

Tarix
2021.01.18 / 14:56
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla