Yuxarı

Lavrovun “BMT stilli” Qarabağ çıxışı... – Zülfüqarovun şərhi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lavrovun çıxışından onu anladım ki, Rusiya üçün nə Dağlıq Qarabağ, nə də onun statusu məsələsi maraqlıdır. O ki qaldı məsələnin gələcəkdə həllinə, görünür, bu, Kremlin yox, ATƏT-in Minsk Qrupunun digər həmsədrləri Fransa və ABŞ-ın istəyidir.

Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya xarici işlər naziri Sergey Lavrovun ötən gün mətbuat konfransında söylədiyi fikirləri şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Lavrov konfrans zamanı təkcə Qafqazla bağlı deyil, həm də Rusiyanın xarici siyasəti ilə bağlı geniş bir çıxış edib:

“O, çıxışı zamanı Rusiyanın xarici siyasəti, Qərb və ABŞ-la münasibətlərindən də bəhs etdi. Hətta etiraf etdi ki, Rusiya daha fərqli regionlara yönəlməli və fərqli ölkələrlə əməkdaşlığa meyil etməlidir. Aydın məsələdir ki, rəsmi Moskva bu istiqamətdə Türkiyəni prioritet olaraq görür”.

Politoloq deyib ki, Qarabağın statusu məsələsi Kremlə elə də maraqlı deyil:

“Lakin məsələnin Minsk Qrupuna həvalə edilməsi onu göstərir ki, bu məsələdə rəsmi Moskva yox, fransalı və amerikalı həmsədrlər israrlıdırlar.

Lavrov kifayət qədər təcrübəli şəxsdir və onun dedikləri dipomatik qaydalar çərçivəsində idi. Nəzərə almaq lazımdır ki, Lavrov uzun müddət BMT-də çalışıb. Bunu onun çıxında da görmək mümkündür. Çünki BMT mübahisəli məsələrdə gərginliyin artmaması üçün hər iki tərəfin də maraqlarını nəzərə alaraq açıqlamalar verir. Lavrovun açıqlaması məhz BMT stilində idi.

Lavrovun çıxışında Ermənistan sanki gələcəkdə davam edəcək danışıqların bir tərəfi kimi göstərilir. Mən hesab etmirəm ki, belə bir məsələ aktual olsun. Çünki Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Ermənistan qonşu ölkədir və iki ölkə arasında sərhədlər bərpa olunub. Rəsmi İrəvandan Azərbaycan ərazisinə gələcək istənilən şəxs digər dövlətlər kimi Azərbaycan qanunlarına tabe olmalıdır.

Hesab edirəm ki, Azərbaycanın hazırda önəm verdiyi əsas məsələ erməni hərbçilərinin ərazimizi tam tərk etməsidir. Bundan sonra Ermənistan rəsmiləri Azərbaycanın razılığı ilə Qarabağa səfərlər edə bilərlər.

O ki qaldı Laçın dəhlizinə, görünür, bu məsələ bir çoxları tərəfindən yanlış anlaşılır. Nəzərə almaq lazımdır ki, Laçın dəhlizi, sadəcə, Qarabağda yaşayan erməni əsilli şəxslərin istədikdə Ermənistana gediş-gəlişi üçün nəzərdə tutulub”.

Tarix
2021.01.19 / 15:30
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla