Yuxarı

Bayden hakimiyyəti Türkiyəni təhdid edir – General

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ üçün qarşıdakı dövrdə ən vacib mövzulardan biri S-400 olacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin Kəşfiyyat İdarəsinin keçmiş rəisi, general-leytenant İsmayıl Haqqı Pekin deyib. O bildirib ki, Bayden hakimiyyəti artıq indidən Türkiyəni təhdid edir:

“ABŞ-ın açıqlamalarında Türkiyə ilə S-400-lə əlaqədar ortaq işçi qrupu qurması fikirində olmadığını açıq görürük. ABŞ Türkiyəni hər zaman sözdə strateji tərəfdaş olaraq görüb. Onların ittifaq anlayışında iki bərabər ölkə yoxdur. ABŞ-ın maraqları var və bu, Türkiyənin əleyhinə olsa belə, buna uymalıdır. Buna görə “strateji tərəfdaş” sözünü işlədirlər. Onun maraqlarına xidmət edilən müddətdə problem yaşanmır”.

O qeyd edib ki, ABŞ Türkiyəni müttəfiqdən çox, qarşı tərəf kimi görür:

“ABŞ Suriyada Türkiyəyə qarşı bir terror dövləti qurmağa çalışır. Kipr məsələsində qarşımızdadır. Şərqi Aralıq dənizində və Liviyada da Türkiyəyə qarşı təşkilatlandılar”.

Qeyd edək ki, ABŞ Dövlət katibi vəzifəsinə namizəd Entoni Blinken Türkiyənin NATO-da olmasına baxmayaraq, S-400 almasının qəbuledilməz olduğunu bildirib.

Tarix
2021.01.21 / 08:15
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla