Yuxarı

Səfirimiz yaponiyalı həmkarı ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfirimiz yaponiyalı həmkarı ilə görüşdü

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev yaponiyalı həmkarı İmamura Akira ilə görüşüb.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən bildirilib.

F.Quliyev həmkarını Gürcüstanda missiyasının başlaması münasibətilə səmimi qəlbdən təbrik edib, ona uğurlar diləyib. Son müddət ərzində bölgədə cərəyan edən proseslər üzərində dayanaraq, o, təqribən 30 il boyunca ölkəmizə qarşı davam edən təcavüzə, torpaqlarımızın işğalına son qoyulmasının, ərazi bütövlüyümüzün bərpa olunmasının nəinki təkcə Azərbaycan, bütün region üçün müsbət dəyişikliklərə gətirəcəyini bildirib.

İ.Akira öz tərəfindən Yaponiya ilə Azərbaycan arasında inkişaf edən münasibətlərin hər iki xalqın və ümumiyyətlə bölgənin tərəqqisinə xidmət etdiyini vurğulayıb. O, Cənubi Qafqazın Şərq- Qərb nəqliyyat dəhlizində oynadığı mühüm rol üzərində dayanaraq, Yaponiya tərəfinin bu imkanlardan faydalanmasında maraqlı olduğunu təsdiq edib.

Bu xüsusda, Azərbaycanla Yaponiya arasında bərqərar olunmuş uğurlu qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin, eləcə də hər iki ölkənin Gürcüstanla əməkdaşlığının daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb. Bölgədə yaradılan yeni reallıqların bu əməkdaşlığa yeni təkan verə biləcəyinə dair əminlik ifadə edilib.

Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyi ilə bağlı razılıq əldə ediblər.

Tarix
2021.01.26 / 19:52
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla