Yuxarı

Azərbaycanlı səfir erməni təcavüzünü ifşa etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan “El Universal” gündəlik qəzetində bu ölkədəki səfirimiz Məmməd Talıbovun “Azərbaycan və sülh” başlıqlı məqaləsi dərc edilib.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Axar.az-a verilən məlumata görə, qəzetdə fransız əsilli meksikalı jurnalistin Azərbaycan və Türkiyə haqda qərəzli yazısına cavab olaraq hazırlanmış məqalədə M.Talıbov Qarabağın Azərbaycan xanlıqları, bu bölgənin tarixən Azərbaycanın tərkibində olması, XIX əsrdə ermənilərin bu ərazilərə köçürülməsi, Zəngəzur bölgəsinin sovet rəhbərliyi tərəfindən Ermənistana bağışlanması, erməni təcavüzünün tarixi, münaqişə ərzində erməni tərəfinin törətdiyi insanlıq əleyhinə cinayətlər və münaqişənin beynəlxalq hüquqi aspektləri barədə məlumat verib.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrə son 30 il ərzində Ermənistan tərəfindən məhəl qoyulmadığını deyən səfir bu sənədlərin növbəti erməni təxribatı nəticəsindən başlanmış 44 günlük müharibə zamanı hərbi-siyasi yolla öz icrasını tapdığını, azad olunmuş şəhərlərimizin işğalçılar tərəfindən dağıdıldığını və burada ölkəmizə aid tarixi-mədəni irsin məhv edildiyini bildirib.

Qondarma “erməni soyqırımı” ilə Holokost arasında paralellər aparılması, habelə İsrailin Azərbaycana yardım etməsi ilə bağlı arqumentlərə münasibətdə diplomat Azərbaycanın İsrail dövləti və yəhudi xalqı ilə yaxın münasibətləri olduğu, ölkəmizin ümumiyyətlə bütün dünyada çoxmədəniyyətlilik məkanı kimi tanındığı, burada yəhudi, erməni, gürcü, rus və digər 40-a yaxın müxtəlif etnik mənsubiyyətə malik insanların əsrlər boyu sülh içində birgə yaşadığı, Roma papası Fransiskin ölkəmizə səfəri zamanı Azərbaycanı tolerantlıq modeli adlandırdığını qeyd edib və erməni işğalçılarına qarşı mübarizədə şəhid olmuş yəhudi əsilli Milli Qəhrəman Albert Aqarunovun Bakıda abidəsi olduğu halda, Ermənistan paytaxtında Holokostın birbaşa iştirakçısı, nasistlərlə iş birliyi olan Qaregin Njdenin heykəlinin ucaldılması arasında təzada diqqət çəkib.

Sonda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 11 yanvar bəyanatının regionda kommunikasiyalar və nəqliyyat infrastrukturunun bərpasını nəzərdə tutduğu, iki ölkə arasında davamlı sülhün yaradılmasının regionun bütün xalqlarına fayda gətirəcəyi, bunun üçün Ermənistanın qonşularına qarşı təcavüzkar siyasəti və ərazi iddialarından əl çəkməli olduğu, bu ölkənin dostlarının da onu daha da qızışdırmaq əvəzinə, barışığa səsləməli olduğu qeyd edilib.

Tarix
2021.01.27 / 09:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla