Yuxarı

Qafqazı tərəqqi regionuna çevirməliyik - Zurabişvili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qafqazı tərəqqi regionuna çevirməliyik - Zurabişvili

Gürcüstan, Azərbaycan və Ermənistanın Qafqazda gələcəyi bu bölgəni əlaqələndirmə, sabitlik və tərəqqi regionuna çevirməkdən ibarətdir.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

Onun sözlərinə görə, bu, üç ölkənin əsas ümumi marağıdır.

Azərbaycan və Ermənistan arasında ötənilki müharibəyə münasibət bildirən S.Zurabişvili münaqişə zamanı Gürcüstanın neytral qaldığını, daimi olaraq sülh və əməkdaşlığa çağırış etdiyini bildirib:

“Müharibə əsrlər boyu mövcud olan həqiqəti təsdiqlədi. Gürcüstanın Ermənistanla uzunmüddətli mədəni, dini və mehriban qonşuluq əlaqələri var, Azərbaycanla intensiv iqtisadi tərəfdaşlıq edir. Bu halda məhz Gürcüstan üçün bölgədə sülh və sabitliyin təminatı üçün rol oynamaq daha uyğun oldu”.

Dövlət başçısı qeyd edib ki, bütün region üçün faciə olan müharibə zamanı Gürcüstan iki yaxın qonşu ölkə ilə əlaqələrini davamlı olaraq dərinləşdirib.

Tarix
2021.01.27 / 22:53
Müəllif
Axar.az
Digər xəbərlər

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla