Yuxarı

Prezidentin mesajı: bu şəhərimiz dünyaya açılır - Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun noyabrın 8-də Qarabağın tacı olan Şuşa şəhərini azad etməsi müharibənin taleyini həll etdi. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Nəticədə bölgədə yeni tarixi reallıqlar formalaşdı.

Bu sözləri Axar.az-a millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin Şuşanın xüsusi nümayəndəsi Aydın Kərimovu videoformatda qəbul edən zaman toxunduğu məqamları şərh edərkən deyib.

O bildirib ki, artıq strateji əhəmiyyətli Şuşa şəhərinin bərpası mərhələsi başlanıb:

“Prezidentin yanvarın 27-də Aydın Kərimovu qəbul edən zamanı səsləndirdiyi fikirlər, mülahizələr və tövsiyələr xüsusi aktuallıq və əhəmiyyət kəsb edir, dövlətimizin qarşısında növbəti strateji vəzifələri müəyyənləşdirir. Bu vəzifələr ilk növbədə işğaldan azad olunmuş torpaqlarımızın, xüsusilə də Qafqazın incisi Şuşa şəhərinin bərpası, yenidən qurulması və dirçəldilməsi məsələlərini özündə ehtiva edir".

E.Nəsirov qeyd edib ki, Şuşanın dünya üzrə mahiyyəti gün keçdikcə artacaq:

“Cənab İlham Əliyev məlum görüşdə vurğuladı ki, İSESKO-nun Baş katibi Şuşanın İslam mədəniyyətinin paytaxtı elan edilməsini təklif edib.

Prezidentin “Türk Şurasının Baş katibi də belə bir təklif irəli sürdü ki, Şuşa Türk dünyasının mədəniyyət paytaxtı seçilsin” fikirləri göstərir ki, artıq bu istiqamətdə Türk Şurasının da analoji addım atmaq niyyəti var.

Ölkə başçısı Şuşa şəhərinin öz əzəli siması və ruhunu qoruyaraq, dünyanın ən gözəl şəhərləri arasında layiqli yer tutacağına və böyük bir müsəlman arealının mədəniyət paytaxtı statusunu şərəflə daşıyacağına əminliyini ifadə etdi.

Müqəddəs torpaqlarımızın işğaldan azad olunduğu tarixi dövrün qürurlu vətəndaşları olaraq həmin torpaqların, xüsusilə də təkrarsız və bənzərsiz Şuşa şəhərinin bərpası və cənnətə çevrilməsi kimi növbəti tarixi vəzifənin icrası naminə daha da səfərbər olmalı və bu taleyüklü prosesə konkret töhfələr verməliyik”.

Tarix
2021.01.28 / 18:21
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla