Yuxarı

Qərbi azərbaycanlılar Prezidentə müraciət etdi: Qayıdırıq!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsindəki qələbədən sonra Ali Baş Komandan İlham Əliyevin elan etdiyi Böyük Qayıdış planına maraq artmaqdadır. Artıq bir çox vətəndaşlarımız işğaldan azad edilən kəndlərə köçmək istədiklərini bildirirlər. 1988-ci ildə Qərbi Azərbaycanın (Ermənistan) Pənbək mahalının Qursalı kəndindən çıxarılan soydaşlarımız da bununla bağlı Prezident İlham Əliyevə müraciət ediblər.

Məsələ ilə bağlı Axar.az-a danışan Qursalı kənd sakini və müraciətin təşəbbüskarlarından Ələddin Yusifov deyib ki, onlar Xocavənd rayonuna köçmək istəyirlər:

“Xocavəndin işğaldan azad edilən əksər əraziləri Qursalı kəndinə çox bənzəyir. Biz kənd camaatı olaraq əzəldən maldarlıqla məşğul olmuşuq. Bu mənada Xocavəndin işğaldan azad edilən kəndlərindən birinə köçərək, oranı Yeni Qursalı adlandırıb həm ölkə başçımızın Böyük Qayıdış planına dəstək vermək, həm də yenidən kənd əhalisini bir araya yığmaq istəyirik”.

Ələddin bəyin dediyinə görə, Qursalı kəndinin 425 sakini bununla bağlı Prezidentə müraciət ünvanlayıb:

“Bu gün bizim kimi bir çox Qərbi azərbaycanlı həm Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən kəndlərə, həm də ermənilərin daha sıx yaşadığı kəndlərə yaxın ərazilərə köçmək istəyirlər. 1988-ci ilə qədər biz ermənilərlə iç-içə yaşamışıq, onları yaxşı tanıyır, dillərini bilirik. Bu mənada dövlətimizə bu istiqamətdə faydalı ola biləcəyimizi düşünürəm. Ümid edirik ki, cənab Prezident bizim bu müraciətimizi nəzərə alacaq”.

Tarix
2021.01.29 / 16:18
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla