Yuxarı

Perinçək: Sülhməramlılar niyə erməniləri “əzizləyir”? – Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Perinçək: Sülhməramlılar niyə erməniləri “əzizləyir”? – Video

09:00

Rusiya lideri Vladimir Putin Azərbaycanın ərazi bütövlüyünü xüsusi vurğulayıb. Hətta bunu İkinci Qarabağ münaqişəsi, Azərbaycanın qurtuluş savaşı dövrüdə də bir neçə dəfə ifadə edib.

Bu sözləri Axar.az-a açıqlamasında tarix elmləri doktoru, İstanbul Universitetinin professoru Mehmet Perinçək deyib.

Onun sözlərinə görə, sülhməramlılar Azərbaycanın ərazi bütövlüyünü qəbul etsələr də, situasiyaya fərqli yanaşa bilərlər:

“Bu baxımdan bəzi fərqli yanaşmalarla qarşılaşa bilərik. Əlbəttə, bölgə 30 ildir işğal altındadır, 30 il ərzində formalaşmış vərdişləri görə bilərik. Sülhməramlı kontingenti bir müddətdən sonra bu vərdişləri dəyişdirəcək, dəyişdirmək məcburiyyətindədir. Bu baxımdan Türkiyə ilə Rusiyanın ortaq şəkildə çalşması rus barış gücünün bəzi yanlış hərəkətlərindən vaz keçməsinə yardımcı olacaq”.

Professor bildirib ki, Rusiya sülhməramlılarının Ermənistanı tamamən Qərb ölkələrinin qucağına itələməmək üçün bəzən ermənilərin lehinə olan hərəkətlərlə onları qazanmaq istədiyini də müşahidə edirik:

“Lakin bütün bunlar nəticə verməyəcək və heç doğru deyil. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi mütləq şəkildə oradakı səhvlərin düzəldilməsinə səbəb olacaq”.

Qeyd edək ki, son günlər sosial medianın Azərbaycan seqmentində Rusiya sülhməramlılarının Qarabağ ərazisi ilə bağlı səhv toponimlərdən istifadə etməsi, eləcə də Azərbaycandan Kəlbəcərə gedən TIR-ların ermənilər tərəfidən bloklanmasının qarşısını almamaları gündəmə gəlmişdi.

Tarix
2021.02.04 / 11:02
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla