Yuxarı

Arkov: Qarabağdakı təxribatların arxasında kim durur? - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Bu gün Ermənistan rəhbərliyi Baş nazir Nikol Paşinyan və onun sürətlə azalmaqda olan komandası nəinki Qarabağda, hətta İrəvandakı vəziyyətə nəzarət etmək iqtidarında deyil.

Bu barədə Axar.az-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov danışıb.

Onun sözlərinə görə, Qarabağdan olan “meşə qardaşları”nın təxribatlarının arxasında İrəvandakı siyasətçilər durursa, bu, çətin ki, Nikol Paşinyan olsun, çünki onun buna halı yoxdur:

“Əgər bu, tendensiya halına gələrsə, nəticədə Qarabağda qalmağa davam edən bütün qanunsuz silahlı dəstələr və erməni qoşunları rəsmi İrəvana itaət etməyəcək. Bu da çox həyəcanverici siqnaldır.

Əlbəttə ki, Qarabağdakı silahlı dəstələr tərəfindən törədilən təxribatlar Azərbaycan hərbçilərini cavab addımına məcbur etməyə yönəlib. Bu da yaxınlarda bölgəyə qayıdan erməni millətindən olan dinc sakinlərə qarşı təcavüz və Bakının 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannaməni pozması kimi şərh ediləcək”, - Arkov bildirib.

Arkovun sözlərinə görə, Qarabağda qanunsuz silahlı qruplaşmaların qaldığı müddətdə belə hadisələr təəssüf ki, davam edəcək:

“Bununla əlaqədar, bir daha təkrar edirəm ki, bütün döyüşən erməni bölmələri, hansı ad altında gizlənməsindən asılı olmayaraq, Qarabağ ərazisindən çıxarılmalıdır. Demilitarizasiyadan sonra bölgədəki rus sülhməramlıları təhlükəsizliyi təmin etməyə qadirdir. Hazırda bölgədə “yeni təmas xətti”nin (qeyd edək ki, Azərbaycan “yeni təmas xətti” anlayışını qəbul etmir. Hazırda Qarabağda yalnız rus sülhməramlılarının məsuliyyət zonası var, o da müvəqqəti – red.) hər iki tərəfi minalardan təmizlənir. Eyni zamanda bölgəni sakinlərin əllərində olan silahlardan təmizləmək lazımdır”.

Tarix
2021.02.06 / 13:36
Müəllif
Əli, Xədicə
Şərhlər
Digər xəbərlər

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla