Yuxarı

Pol Qobl: Medvedyevin sözü erməniləri narahat etdi - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Rusiya Qarabağ müharibəsində məğlub tərəfdir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin keçmiş müşaviri, politoloq Pol Qobl ABŞ Ordusu Mədəniyyət və Bölgə Tədqiqatları Bürosu (CASO) Komandanlığı və Baş Qərargah Kollecinin təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqazda geopolitika və böyük güc rəqabəti” adlı panel müzakirəsi zamanı deyib.

O bildirib ki, Kreml Qarabağa ordu yerləşdirmək istəmirdi:

“Lakin Türkiyə qüvvələrinin bura girəcəyindən ehtiyat etdiyinə görə son çarə olaraq belə bir addım atdı. İki ay əvvəl Rusiya xalqı qələbə qazandığını düşünürdüsə, indi məğlubiyyət olduğunu başa düşür. Rus xalqı Qarabağda yerləşdirilən rus sülhməramlılara maliyyə ayrılmasını istəmir”.

Qobl, həmçinin Dmitri Medvedyevin ötən günlərdə Rusiyanın Qarabağın status məsələsini müzakirə etmək istəməməsinin Ermənistanda böyük bir qəzəbə səbəb olduğunu da vurğulayıb:

“Dmitri Medvedyev ötən günlərdə öz çıxışı zamanı hazırda Qarabağın statusu məsələsinin müzakirəsi üçün uyğun vaxt olmadığını vurğuladı. Ermənilər bütün baş verənlərə və status məsələsinin Kreml tərəfindən müzakirəyə çıxarılmamasına görə böyük xəyanətlə üzləşdiklərini düşünürlər”.

Qeyd edək ki, sabiq səfir Richard Kozlariç, keçmiş səfir və ATƏT MQ-nin ABŞ-dan olan sabiq həmsədri Keri Kavano, Dövlət katibi və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş xüsusi müşaviri Pol Qobl və Xarici Hərbi Araşdırmalar Ofisində Avrasiya təhlükəsizlik analitiki Metyu Steynin iştirak etdiyi olduqca maraqlı müzakirə bir müddət öncə baş tutub.

Tarix
2021.02.17 / 11:13
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla