Yuxarı

Millət vəkili hərbçilərin maaş məsələsini qaldırdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili hərbçilərin maaş məsələsini qaldırdı

Deputat Azay Quliyev parlametin bu gün keçirilən iclasında hərbi qulluqçulara verilən maaşlara toxunub.

Axar.az xəbər verir ki, deputat "Hərbi qulluqçuların statusu haqqında" qanuna baxılmağın vacibliyini vurğulayıb.

Azay Quliyev xatırladıb ki, döyüş bölgəsində xidmət edənlərə əvvəllər ikiqat pul ödənişi edilib:

"Lakin son vaxtlar məsələ ilə bağlı müzakirələrə səmimi yanaşanlar da, məsələni istismar edənlər də var.

Döyüş bölgəsində xidmət edənlərə pul ayrılması nəzərdə tutulurdu. Məsələ ilə bağlı həm Müdafiə, həm də Maliyyə nazirliyi açıqlama verdi. Konkret mövqeyə gəldikdən sonra bu ödənişlər olacaq. Fikrimcə, bu məsələyə həqiqətən yenidən baxılmalıdır”.

O qeyd edib ki, "döyüş bölgəsi" məsələsiylə bağlı mövcud qanunvericilikdə də dəyişikliklər edilməlidir:

"Nəzərə almalıyıq ki, hərbçilərimiz Qarabağda yenə də çox ağır şəraitdə Vətənə qulluq edirlər. Yaxşı olar ki, qanunvericilikdə də bununla bağlı dəyişiklik edək. Çünki orada ikiqat ödənişlərin verilmə qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik etmək zərurəti yaranır. Yaxşı olar ki, Milli Məclis buna münasibət bildirsin”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya məsələləri komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, bununla bağlı qanun layihəsi müzakirə olunur:

"Razılaşmalar əldə edildikdən sonra məsələni parlamentdə müzakirə edəcəyik”.

Tarix
2021.02.23 / 21:31
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla