Yuxarı

Bayramov Bodnarı qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Bodnarı qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər nazirinin müavini Vasili Bodnarı qəbul edib.

XİN-dən Axar.az-a verilən məlumata görə, nazir ölkələrimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini məmnunluqla vurğulayıb. Ölkələrimiz arasında, eyni zamanda çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı anlayışın mövcud olduğu qeyd olunub.

C.Bayramov iki ölkə arasında qarşılıqlı səfər mübadilələrinin münasibətlərin inkişafına müsbət töhfə verdiyini bildirib və bu xüsusda Ukrayna Prezidenti Vladimir Zelenskinin 2019-cu ildə Azərbaycana səfərini xüsusilə qeyd edib.

Nazir həmçinin Ukrayna xarici işlər nazirinin müavininə bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, bölgədə yaranmış yeni təhlükəsizlik vəziyyəti və əməkdaşlıq imkanları barədə məlumat verib.

V.Bodnar səmimi qəbula görə təşəkkür edərək, xarici işlər naziri Dmitri Kulebanın salamlarını çatdırıb, həmçinin həmkarının Ceyhun Bayramovu Ukraynaya dəvət etdiyini bildirib.

İkitərəfli münasibətlərin inkişafı üçün böyük perspektivlərin olduğu vurğulanıb, bu xüsusda İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacivliyi qeyd olunub.

Görüşdə tərəflər həmçinin beynəlxalq təşkilatlar, o cümlədən QDİƏT çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Tarix
2021.02.24 / 19:37
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla