Yuxarı

ABŞ-da Xocalı soyqırımı ilə bağlı bilbord yerləşdirildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-da Xocalı soyqırımı ilə bağlı bilbord yerləşdirildi

"Xocalıya ədalət” (Justice for Khojaly) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada çatdırılması məqsədi ilə ABŞ-ın Minnesota ştatının mərkəzi yollarından birinin üzərində Xocalı həqiqətlərini əks etdirən rəqəmsal bilbord yerləşdirilib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Minnesota Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallis məlumat verib.

O bildirib ki, layihə Minnesota Azərbaycan Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

G.Rallis qeyd deyib ki, sözgedən bilbord ştat üçün xüsusi starateji əhəmiyyətə malik gediş-gəliş yolunun kənarında qoyulub:

“Ərazini təsadüfü seçməmişik. Rəqəmsal bilbordun qoyulduğu yol gediş-gəliş olmaqla magistral avtomobil yoludur. Həmin yol ştatın ən nəhəng və məşhur ticarət mərkəzi olan “Ridgedale”ə çıxır. Eyni zamanda sözügedən yol ştatın ən böyük şəhəri olan Minneapolisə getmək üçün istifadə olunur. Rəsmi göstəricilərə görə, hər il həmin yoldan bir milyon nəqliyyat vasitəsi keçir”.

G.Rallis nəhəng rəqəmsal lövhə iki həftə ərzində ərazidə qalacağını bildirib:

“Rəqəmsal bilbordda ermənilərin Xocalıda törətdiyi cinayətləri elə ordan lentə alınmış şəkillər və məlumatları təqdim etdik. Ümid edirik ki, əsrin ən böyük faciəsinə ABŞ ictimayyəti biganə qalmayacaq”.

Tarix
2021.02.25 / 09:58
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla