Yuxarı

Əsas məqsədimiz bu qanlı cinayətin unudulmamasıdır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox beynəlxalq təşkilatlar Azərbaycanın təşəbbüsü ilə bu qanlı hadisəyə öz münasibətini bildiriblər. Bu istiqamətdə işlər davam etdiriləcək.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib.

"Əlbəttə, soyqırımı törədiləndə Azərbaycan informasiya blokadasında idi. O vaxt müasir imkanlar da yox idi. Ona görə də bir çoxları üçün bu məsələ aydın deyildi. O illərdə Azərbaycanın beynəlxalq aləmdə böyük imkanları da yox idi. Bunun müqabilində erməni lobbisi fəal çalışırdı və müharibə ilə bağlı, baş vermiş hadisələrlə bağlı yalan, təhrif edilmiş məlumatları ötürürdü. Beynəlxalq ictimaiyyətdə müəyyən yanlış fikirlər formalaşmışdı. Bu fikirləri aradan qaldırmaq və təkzib etmək üçün böyük səylər göstərməli idik. Son illər ərzində ardıcıl sürətdə bu fəaliyyəti göstərmişik. Dövlət və ictimai təşkilat olaraq. İctimai təşkilat olaraq da Heydər Əliyev Fondunun adını çəkmək olar. Belə ki, "Xocalıya ədalət" şüarı altında bir çox ölkələrdə müxtəlif tədbirlər keçirilib. Bu gün Xocalı faciəsi haqqında dünya ölkələrində kifayət qədər dolğun məlumatlar var. Bizim əsas məqsədimiz bu qanlı cinayətin heç vaxt unudulmamasıdır. Nə Azərbaycanda, nə də dünyada. Bu, heç vaxt təkrarlanmasın", - dövlət başçısı əlavə edib.

Tarix
2021.02.26 / 11:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilər indi də bizə aid körpünü bağladı

Prezidentlər Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla