Yuxarı

Əliyev: Dağlıq Qarabağ ifadəsini işlətməməliyik - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev: Dağlıq Qarabağ ifadəsini işlətməməliyik - Video

2021.02.26, 12:13

Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Faktiki olaraq biz bu gün ümumiyyətlə Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ – aranlı, dağlı – Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində erməni xalqı yaşayır, biz buna etiraz etmirik. Baxmayaraq ki, erməni əhalisi ora XIX əsrin əvvəlində köçürülmüşdü.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

"Biz etiraz etmirik. Bizim ölkənin başqa yerlərində də erməni əhalisi yaşayır və heç bir problem yaşanmır. Ona görə də statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, daha çox qarşıdurmaya xidmət göstərir", - Prezident vurğulayıb.

Prezident həmçinin qeyd edib ki, Ermənistan və erməni xalqı üçün bu (status məsələsi - red.) nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar:

"Çünki Ermənistan və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bax bu günə salan səbəblərdən biri də məhz bu idi: xülya, iddia, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynayıblar. Ona görə də status məsələsi ümumiyyətlə gündəlikdən çıxarılmalıdır”.

Tarix
2021.02.27 / 13:23
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Filippini təbrik etdi

Azərbaycanla daha bir ölkə arasında məsləhətləşmələr keçirildi

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Edi Rama İlham Əliyevi təbrik etdi

Əli Əsədov Özbəkistana səfər edəcək

Slovakiya XİN-in dövlət katibi Azərbaycana gəldi

Azərbaycanın vasitəsilə bu imkanlar açılıb - Paşinyan

30 ildən artıq vaxt keçib, onlar hələ də itkindir...

Ermənistana 17 vaqon dizel göndərildi

Təsəvvür edin, biz Azərbaycana gedirik - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla