Yuxarı

Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyəti... - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinə gəldikdə, deyə bilərəm ki, bu da müəyyən mənada noyabrın 10-da imzalanmış bəyanatda öz əksini tapır. Orada dəqiq göstərilmirdi ki, bu, Rusiya-Türkiyə Monitorinq Mərkəzi olacaq. Amma biz bu bəyanatı razılaşdıranda bunu müəyyən etmişdik.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Azərbaycan öz vəsaiti hesabına bu Montorinq Mərkəzini Ağdam rayonunda Mərzili kəndinin yaxınlığında yaratdı. Bütün şərait yaradıldı. Bildiyiniz kimi, Monitorinq Mərkəzi fəaliyyət göstərir və bunun əsas məqsədi postmüharibə dövrünə nəzarət etmək, monitorinq aparmaq, o cümlədən pilotsuz uçuş aparatlarından istifadə edərək bu münaqişə zonasında hər hansı bir qarşıdurma olmasın və əgər olarsa kim bunu törədib, təşəbbüskar, günahkar kimdir bunu təsbit etməkdir. Bu Monitorinq Mərkəzi hesab edirəm ki, postmüharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcəkdir”, - Prezident bildirib.

Tarix
2021.02.26 / 12:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla