Yuxarı

Ermənistan növbəti dəfə tarixi şansı itirə bilər - Əliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regionun unikal inkişafı üçün bu gün unikal imkan yaranıb. Biz və bizim bir çox tərəfdaşlarımız hesab edir ki, müharibə başa çatıb. Biz artıq kitabın o səhifəsini bağlamalı və gələcəyə baxmalıyıq.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Nikbinliyə digər səbəb olan amil odur ki, qonşularımız da bizim fikirlərimizi bölüşür və regionun gələcək inkişafı ilə bağlı aramızda fikir ayrılığı yoxdur. Türkiyə, Rusiya və İran rəhbərliyi ilə söhbətlərim olub. Məsləhətləşmələr və təmaslar olub, faktiki olaraq tam yekdil fikir sərgiləyirik ki, biz bu imkandan maksimum səmərə ilə istifadə etməliyik. Postmüharibə dövrü yeni imkanlar açır", - dövlət başçısı əlavə edib.

Prezident bildirib ki, bu gün Ermənistan sözdə bu mövqedədir:

"Çünki gedən məsləhətləşmələrdə bəzi fikirlər ortaya atır ki, onlar qəbul edilən deyil. Əgər Ermənistan bu məsələlərdə eyni yanaşmada olarsa Ermənistan da gedən proseslərin tərkib hissəsi ola bilər. Olmasa biz onsuzda planlaşdırılan məsələləri həll edəcəyik. Heç kəs bizi dayandıra bilməz. Yaxın tarix də göstərir ki, nəyi hədəfləmişik ona da çatmışıq. Sadəcə olaraq Ermənistan növbəti dəfə bu tarixi şansı itirə bilər. Necə ki, 90-cı illərdə inanmırdılar ki, biz bütün layihələri icra edəcəyik. İndi də belə fikirdədirlərsə yenə eyni aqibətlə üzləşəcəklər. Biz əməkdaşlığa hazırıq və hesab edirik ki, bu əməkdaşlıq bölgədə uzun müddətli sülhün əsas təminatçısı ola bilər".

Tarix
2021.02.26 / 12:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla