Yuxarı

Türkiyədən ən müasir silah növləri gətiriləcək - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə sahəsinə gəldikdə, müharibə dövründə bunun keyfiyyətini göründü və bu, dünya üçün sirr deyil. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu, bizə üstünlük verib.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında HaberGlobal TV-nin əməkdaşının sualını cavablandırarkən deyib.

"Müharibədən sonra da danışıqlarımız davam edir. Yeni müqavilələr imzalanıb. Türkiyə tərəfi ilə orada istehsal edilən ən müasir silah növlərinin ölkəyə gətirilməsi üçün razılaşma əldə edilir. Yeni müqavilələr imzalanıb və bu, bizim hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək. Bildiyiniz kimi Türkiyə-Azərbaycan birgə hərbi təlimlər də müntəzəm olaraq keçirilir. Ötən il pandemiyaya görə bir az az keçirildi. Halbuki 2019-cu ildə 10-dan çox keçirilib. Bu dəfə Qarsda keçirilib. Bu sahədə də işlər aparılacaq.

Azad ediləcək torpaqlarda da türk şirkətlərini görmək istəyirik və əminəm ki, görəcəyik. Görüləcək işlər çoxdur və əminəm ki, bundan sonra da birlikdə addımlayacağıq", - Prezident əlavə edib.

Tarix
2021.02.26 / 14:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla