Yuxarı

Türkiyəyə qarşı bu iddialar axmaqlıqdır - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə dövlətinə bütün göstərdiyi dəstəyə görə bir daha təşəkkürümüzü bildiririk. Sərhədlərin bağlı olması qardaşlıq rəmzi və addımı idi. Türkiyə Ermənistanla sərhədləri 1993-cü ildə Kəlbəcər işğal olunanda bağlamışdı.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

"Əfsus ki, Ermənistanda anti-Türkiyə təbliğatı həddindən artıq güclü idi və bu gün də davam edir. Türkofobiya orada rəsmi ideologiyaya çevrilib. Türkiyə və Azərbaycanı onlar hər zaman düşmən sayıblar. Sərhədlərin bağlanması o vaxt bizə göstərilən dayanışma aktı idi. İndi münaqişə başa çatdı, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və əlbəttə bölgədə yeni vəziyyət yaranıb. Eyni zamanda Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir.

Müharibədən əvvəl Rəcəb Tayyib Ərdoğan bildirirdi ki, Sevr müqaviləsinə yenidən baxılmalıdır. Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var və onlar bundan əl çəkməlidirlər. Bütün dünyada Türkiyəyə qarşı çirkin kampaniya aparırlar. Müxtəlif ölkələrin parlamentində qondarma "soyqırımı" qəbul etdirirlər. Belə düşmənçilik siyasəti nə qədər davam edə bilər?! Onlar ağlını başına yığmalıdır. Türkiyə kimi böyük ölkəyə ərazi iddiaları irəli sürmək özünəqəsd, axmaqlıqdır", - dövlət başçısı bildirib.

Tarix
2021.02.26 / 15:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla