Yuxarı

Tehran və Bakı üçün bu sahələrdə yeni imkanlar açılır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır.

Axar.az xəbər verir ki, bu barədə İranın "Mehr" xəbər agentliyinin fevralın 26-da Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransından hazırladığı xəbərdə əks olunub.

Mehr xəbər agentliyinin hazırladığı xəbərdə qeyd olunub ki, Prezident İlham Əliyev konfrans zamanı Qarabağ müharibəsindən sonra İranla Azərbaycan arasında əməkdaşlıq perspektivləri barədə İranın Mehr xəbər agentliyinin sualını cavablandırıb.

Tehran-Bakı əlaqələrinin perspektivləri və İranın Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirakı və regionun stabilləşməsində, regionda yaşayan insanların rifahının təmin edilməsində iki ölkənin əməkdaşlığının əhəmiyyəti ilə bağlı suala cavab verən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan-İran əməkdaşlığı çox yaxşı səviyyədədir:

“Bilirəm ki, İran şirkətləri dağıdılmış ərazilərdə yenidənqurma işlərində iştirak etməkdə maraqlıdırlar. Azərbaycandan olan yüksəksəviyyəli nümayəndə heyəti İranda səfərdə olub. Burada əməkdaşlığımızla bağlı vacib məsələlər, o cümlədən Xudafərin su anbarının birgə istifadəsi də müzakirə edilib. Biz artıq elektrik stansiyalarının inşasına dair İran tərəfi ilə razılığa gəlmişik. Artıq Xudafərin və Qız qalası elektrik stansiyalarının tikintisi ilə bağlı büdcə ayrılıb”.

Prezident İlham Əliyev vurğulayıb ki, yeni vəziyyətlə əlaqədar çoxlu imkanlar var:

“Biz İranla dövlət sərhədimizi bərpa etmişik, onun 132 kilometrlik hissəsi işğal səbəbindən bizim nəzarətimizdə deyildi. Bu gün isə artıq biznes üçün yeni imkanlar açılır. Buraya nəqliyyat və kənd təsərrüfatı da daxildir. Nəqliyyat sahəsi haqqında danışarkən, mən Zəngəzur dəhlizini qeyd etmək istəyirəm. Bu dəhliz İran tərəfi üçün də faydalı olacaqdır.”

Tarix
2021.02.27 / 13:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla