Yuxarı

Ukrayna KİV Prezidentin brifinqindən reportaj yayımladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın nüfuzlu “Ukrayna 24” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı və işğaldan azad olunan Ağdam və Füzuli rayonlarından xüsusi reportaj yayımlayıb.

Axar.az xəbər verir ki, reportajda dövlətimizin başçısının Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə uğurlu hərbi əməliyyatları, Ermənistanın diversiya qrupunun törətdiyi cinayətləri, ərazilərin minalardan təmizlənməsi, məcburi köçkünlərin qaytarılması qrafiki, işğaldan azad olunan ərazilərimizin bərpası və yenidən qurulması barədə sitatları yer alıb.

Ukraynalı jurnalist tamaşaçılara Ağdam şəhərindən görüntülərini təqdim edərək tarixi, dini abidələrin, yaşayış binalarının ermənilər tərəfindən necə məhv edildiyini göstərir. Həmin ərazilərdə minalanmış sahələrdən başqa heç nəyin qalmadığını qeyd edir. Reportajda Ağdamdan olan məcburi köçkünlərin ermənilərin törətdiyi vəhşiliklər barədə fikirləri də yer alıb.

Reportajda, həmçinin ərazilərin minalardan necə təmizlənməsi barədə görüntülər də yer alıb. Bundan başqa Füzuli rayonunda beynəlxalq hava limanının inşası barədə məlumat verən ukraynalı jurnalist azərbaycanın işğaldan azad olunan ərazilərində 3 aeroportun inşa ediləcəyini vurğulayır. Şuşa və Laçına yeni magistral yolun çəkilişləri barədə məlumat verib.

Tarix
2021.03.01 / 13:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla