Yuxarı

Ceyhun Bayramov özbək səfirlə görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceyhun Bayramov özbək səfirlə görüşdü - Foto

Martın 1-də xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanovu qəbul edib.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı perspektivlərini müzakirə ediblər. Ölkələrin iqtisadi-ticarət sahəsində əməkdaşlığının genişləndirilməsi və bu xüsusda Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyanın növbəti iclasının keçirilməsinin əhəmiyyəti, humanitar, mədəni sahələrdə əlaqələrin inkişafı, bölgələrarası əməkdaşlığın genişləndirilməsi, eləcə də yüksək səviyyəli səfər mübadilələrinin ikitərəfli əməkdaşlığın daha da irəli aparılması baxımından müsbət töhfəsi vurğulanıb.

Dövlətlərin ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq platformalarda əməkdaşlığı və qarşılıqlı dəstək məsələləri məmnunluqla qeyd olunub.

Görüşdə, Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi üzrə qarşılıqlı razılıq ifadə olunub.

Tarix
2021.03.01 / 18:43
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla