Yuxarı

Ermənistan bu xəritəni Bakıya vermək istəmir - Misir nəşri

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan bu xəritəni Bakıya vermək istəmir - Misir nəşri

Misirin “Əl Masr Əl Yom” nəşrində “Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana vermək istəmir” sərlövhəli məqalə dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında ötən il noyabrın 10-da hərbi əməliyyatların dayanmasına baxmayaraq, Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməməsi səbəbindən hərbçilərin və mülki şəxslərin həlak olması barədə söylədiyi fikirlər yer alıb. Qeyd olunub ki, dövlət başçısı həmin ərazilərin tez bir zamanda minalardan təmizlənməsinin mümkün olmadığını, Azərbaycanın etik standartlara və ümumbəşəri dəyərlərə uyğun olaraq hərbi əsirləri və meyitləri Ermənistana təhvil verdiyini diqqətə çatdırıb.

Məqalənin sonunda ötən il sentyabrın 27-də başlayan və 44 gün ərzində Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatan müharibə, torpaqlarımızın işğaldan azad edilməsi barədə məlumat da yer alıb.

Tarix
2021.03.02 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla